Xalq-iqtidar birliyi Azərbaycanın daha da qüdrətlənməsinə
xidmət edir
Prezident İlham Əliyevin fəaliyyətində xüsusilə təqdir olunan cəhətlərdən biri əlamətdar günləri sadə vətəndaşlarla birgə keçirməsidir. Məsələn, ötən il dekabrın 24-də, öz doğum günündə İlham Əliyev məcburi köçkünlərlə birlikdə idi. Həmin gün Abşeronda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcik istifadəyə verildi. Novruz bayramında, ilaxır çərşənbədə də dövlət başçısı el şənliklərini paytaxt sakinləri ilə birgə qeyd etdi.
Vətəndaşlar inkişafa, təhlükəsizliyə
və gələcək uğurlara səs
verdilər
Aprelin 18-də də Prezident sadə vətəndaşların arasında idi. Düz bir il öncə bu tarixdə İlham Əliyev Milli Məclisdə vətənə, dövlətə və xalqa sədaqət andı içmiş, yeni müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlamışdı. Belə bir əlamətdar gündə o, Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanışlıq zamanı yaranmış fürsətdən istifadə edərək birinci xanım Mehriban Əliyeva ilə birlikdə vətəndaşlarla görüşüb söhbətləşdi. Və bu söhbət əslində bir reallığın, kiçik formatda olmasına rəğmən, Azərbaycandakı xalq-iqtidar birliyinin sarsılmazlığının təcəssümü idi. Eyni zamanda sadə vətəndaşlar bu görüşün timsalında bir daha ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər.
Ümumiyyətlə, respublikada qazanılan hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan vətəndaşlar mövcud reallığı düzgün dəyərləndirərək hər dəfə seçkilərdə İlham Əliyevə dəstək nümayiş etdiriblər. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Ötən il aprelin 11-də keçirilən prezident seçkiləri də mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycan xalqının mövcud siyasi kursa heç bir alternativi qəbul etmədiyini göstərdi.
Geridə qalan bir il isə Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində inkişafın daha da sürətlənməsi və bütövlükdə ölkənin yeni dövrə qədəm qoyması dövrü kimi yadda qaldı. Aprelin 18-də Milli Məclisdə and içən İlham Əliyev bu seçkidə xalqın görülən işlərə yüksək qiymət verdiyini, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bəyan etdi.
Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq
Bir il
əvvəl Prezident onu da bildirdi
ki, biz əldə edilmiş nailiyyətlərlə
kifayətlənməməli, gələcəyə baxmalıyıq
və növbəti illərdə görüləcək
işlər haqqında
çox aydın təsəvvürümüz, planlarımız,
proqramlarımız var:
"Azərbaycanı daha
da qüdrətli ölkəyə çevirəcəyik.
Hər bir sahə üzrə
bizim konkret proqramlarımız, planlarımız
var.
Həm beynəlxalq məsələlərlə,
həm bölgələrimizin
möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların
dərinləşməsi, sosial
siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.
Ötən bir il ərzində
xalqımız İlham
Əliyevin müəllifliyi
ilə tarixi hadisələrə şahidlik
etdi. Mühüm qlobal infrastruktur
layihələri işə
salındı. İqtisadiyyatda əvvəlki illərdən
başlanmış islahatlar
son bir ildə daha böyük nəticələr verməyə
başladı. Eyni zamanda
2019-cu ildən islahatların
ayrı-ayrı sahələr
üzrə yeni dalğası başladı.
Bu dövrün ən mühüm məqamlarından biri sosial sferada qəbul edilən qərarlar oldu.
Qaraçuxurdakı Neftçilər parkında
Prezidentlə söhbət
edən sakinlər də diqqəti bu məsələyə yönəldərək təşəkkürlərini
bildirdilər. Amma məlum oldu
ki, bu istiqamətdə
işlər davam etdiriləcək, minimum əməkhaqqı
və pensiya bundan sonra da
qaldırılacaq. Prezident İlham
Əliyev bildirdi ki, bu artım
böyük olsa da, bizi qane
edə bilməz, maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.
Dövlət başçısının sözləri
bir daha təsdiq edir ki, əlavə büdcə gəlirləri
ilk növbədə, vətəndaşların
sosial müdafiəsinə,
o cümlədən maaşların,
pensiyaların qaldırılmasına
istiqamətləndirilir. Bu ilin əvvəlindən isə vergi, gömrük və digər iqtisadi islahatların həyata keçirilməsi nəticəsində
büdcəyə kifayət
qədər böyük
məbləğ daxil
oldu və bu pullar vətəndaşların
sosial rifahının yüksəldilməsinə yönəldilir.
Ölkə vətəndaşları bütün
bunları görür,
dəyərləndirir və
Prezidentə təşəkkürlərini
ifadə edirlər. Təsadüfi
deyil ki, Fransanın "Opinion Way” şirkətinin
keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü
işləri necə qiymətləndirirsiniz” sualına
respondentlərin 85,1 faizi
bütövlükdə müsbət
cavab verib. "Opinion Way”in "Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi fəaliyyəti
və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı
islahatları necə qiymətləndirirsiniz” sualını
isə sorğuda iştirak edənlərin
90,5 faizi müsbət
cavablandırıb.
Göründüyü kimi, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevə böyük etimad bəsləyir. Bu etimadın
kökündə dayanan
səbəb həyata
keçirilən siyasətin
dövlətin və xalqın maraqlarını
layiqincə təmin etməsidir. Ona görə
də Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birlik öz
növbəsində Azərbaycanın
daha da qüdrətlənməsinə
və inkişafına
xidmət edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 21 aprel.- S.1-2.