Şekspir müəmması

 

Dünya klassikləri

 

Onun barəsində müxtəlif əhvalatlar söylənilir və yazılır. Haqqında dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar çoxdur. Bu məlumatların hər biri onu öymür, ucaltmır. Ancaq dəyişməz olaraq qalan Uilyam Şekspirin müqayisəyəgəlməz məşhurluğu, adı ilə bağlı əsərlərin ölümsüzlüyüdür. İstər sürətlə ötüb keçən zaman, istərsə də şəxsiyyəti barədə müəmmalı fikirlər bu şöhrətdən heç nə əskildə bilmir.

 

Uşaqlığı

 

O, məşhur ailədə doğulmamışdı. Əlcəkçi və sələmçiliklə bir qədər var-dövlət qazanmış atası Con Şekspir ictimai vəzifələrə, hətta bir dəfə şəhərin meri vəzifəsinə seçilmişdi. O, kilsəyə gedib moizələrə qulaq asmadığı üçün böyük məbləğdə cərimələr ödəmişdi. Qədim ingilis soyadlarından birini daşıyan anası Mariya Arden isə tacir qızı idi.

Uilyam Şekspir Stratfordda dünyaya gəldi. Doğum tarixi barədə dəqiq məlumat yoxdur. Onun 23 apreldə dünyaya gəldiyi deyilir. Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı qalıb. Şekspir ailədə səkkiz övladın üçüncüsü həyatda qalan ən böyük uşaq idi.

Onun təhsili barədə məlumat qalmayıb. Stratfordun "qrammatika məktəbindəoxuduğu ehtimal edilir. Şekspir haqqında söylənilən məlumatlardan biri əvvəlcə ət dükanında köməkçi işləməsidir.

Şekspir 18 yaşında özündən 8 yaş böyük Enn Xezeveylə evlənir. Onların üç uşağı - qızları Süzanna əkizləri Xemnet Cudit dünyaya gəlir. Ehtimal edilir ki, Şekspir həmin illərdə katib, bağban, arabaçı, dənizçi, mətbəə işçisi, hətta sələmçiliklə məşğul olub.

Onun barəsində ən çox dolaşan əhvalatlardan biri 1580-ci ildə brakonyerlik etdiyi, magistratın nüfuzlu nümayəndəsi ser Tomas Lüsiyə məxsus torpaqlarda maral ovladığı üçün həbs olunmasıdır. Bu xəbərin qədər doğru olduğunu söyləmək çətin olsa da, bilinən budur ki, o dövrdə Şekspir Stratfordu tərk edərək Londona gedir. Uilyam Şekspirin adı bundan 7-8 il sonra London dramaturqu Robert Qrinin pamfletində çəkilir. Əsərdə pyes yazmağa ürək etmiş ədəbsiz aktyor barədə xəbərdarlıq vardı.

 

Xəsis, varlı Şekspir...

 

Əhalisinin əksəriyyəti savadsız olan İngiltərədə teatr olduqca aktual idi. Səhnəyə dövrün ən mühüm problemləri çıxarılır, hakimiyyət tənqid olunurdu. Belə bir vaxtda Londona gələn Şekspir rolların köçürülməsi, aktyorların çıxışının vaxtında təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul olmuşdu. Bir neçə ildən sonra isə Şekspir ilk, amma kiçik rolunu ala bildi. Aktyor kimi məşhurlaşmaq ona qismət olmadı. Taleyinə yazılmış məşhurluğu ona yazıçılıq istedadı gətirdi. Olduqca əlverişli dövrdə yaradıcılığa başladı. 1595-ci ildən Şekspir "Lord Çemberlenin truppası”nın pay sahiblərindən biri oldu. 1599-cu ildən "Qlobusteatrının, 1608-ci ildən isə Dominikan teatrının sahiblərindən birinə çevrildi. Bundan sonra Şekspir varlandı.

O, artıq böyük imkan sahibi sayılırdı. Varlıların əksəriyyəti kimi, o da sərvətini qorumaq üçün vergidən yayınmağa cəhd göstərirdi. Həmin ilin kral hesabatı cədvəlində adı vergidən yayınanlarla bir sırada qeyd olunurdu. Deyilənə görə, Şekspir heç vaxt borclarını ödəmək barədə düşünmür, ancaq özü bunu başqalarından tələb edirdi.

Xəsis adam kimi tanınırdı. Hətta ehtiyacı olan dostlarına borc məsələsində güzəştə getmirdi. Belə yazırlar ki, gələcək kürəkəninin atası onun haqqında demişdi: "Cənab Şekspirlə görmək istəyəndə pulunuzdan möhkəm yapışın... təbii ki, bunu bacara bilsəniz”. Şekspir bir məbləğindən asılı olmayaraq ona borclu olan hər kəsi məhkəməyə verməsi ilə ad çıxarmışdı.

 

Şöhrət...

 

Yazdığı pyeslər Şekspiri birdən-birə məşhurlaşdırmadı. Bununla belə, getdikcə onu yazıçı-dramaturq kimi tanımağa başladılar. Tədqiqatçıları yüngül komediyalarından olan "Səhvlərin komediyası”ndan "Tita Andronikafaciəsindən əldə etdiyi gəlirin Şekspirə həmişə arzusunda olduğu tipik kənd centlmeni həyatı yaşamasına imkan yaratdığını bildirirlər.

1613-cü ildə işlərini atıb Stratforddakı malikanəsinə köçəndə Şekspir artıq bənzərsiz istedadının bəhrəsi olan əsərləri ilə tanınırdı. Şöhrətin bəlkə ən cazibəlisi onun payına düşmüşdü. Bu ada şərik çıxmaq istəyənlər, ya da kimləri isə şərik qoşmaq istəyənlər zaman-zaman oldu. Şekspirin pyeslərini kraliça I Yelizavetanın yazdığını iddia edənlər tapıldı.

Şayiələrdən biri onun "Kral Yakovun Bibliyası”nın qələmə alınmasında iştirakıdır. Başqa bir əfsanə isə ispan inkvizisiyasından qaçan italiyalı əsilzadə Mikelancelo adlı bir nəfərin Şekspir adı altında gizlənməsidir.

 

Əsl Şekspir kimdir?

 

Artıq iki əsrdir ki, dramaturq, şair bütün dövrlərin ən dahi yazıçısı sayılan Uilyam Şekspirin kim olması barədə mübahisələr gedir. Belə fikir var ki, London aktyor truppasının payçısı, stratfordlu Uilyam Şekspir əslində bütün bu əsərlərin əsl müəllifi deyil. Əsl müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend başqalarının adı çəkilir.

Gerçək Şekspirin 52 il ömür sürdüyü, 1616-cı ildə vəfat etdiyi bildirilir. O, Stratfordda dünyasını dəyişəndə İngiltərədə dahi dramaturqun şərəfinə bir cümlə belə deyilməməsi, ölmünün Stratford kilsəsində "25 aprel. 1616-cı il. Uill Şekspir rəhmətə getdi. Centlmenyazılması şübhələri bir az da artırır.

Bir çox alimlər şairin məzarını açmaq, onun kimliyini dəqiqləşdirmək üçün qalıqlarının eksqumasiya olunmasını istəyirdilər. Ancaq buna hələ ki cürət edən olmayıb. Bəlkə ona görə ki, Uilyam Şekspirin Stratforddakı qəbrinin üstündəki qarğışını, lənətini heç kim üzərinə götürmək istəmir. Orada yazılıb: "Mənim əziz dostum, Tanrı xatirinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq”.

Bütün şayiələrə baxmayaraq, o, hər dövrdə şöhrətin yüksək pilləsindədir. "Hamlet”, "Otello”, "Kral Lir başqa ölməz əsərlər məhz bu adla - dünya şöhrətli ingilis şairi, yazıçısı aktyoru Uilyam Şekspirin adı ilə təqdim olunur. Haqqında İngiltərənin milli şairi kimi bəhs edilən şöhrətli Şekspirin birgə müəllifliklə 38 əsəri, 154 soneti, 2 uzun hekayə bir neçə mənbəsiz şeiri dövrümüzə qədər çatıb. Əsərləri bütün dillərə çevrilir, nəşr edilir, tamaşaya qoyulur.

Zaman keçir... Onun şəxsiyyəti, pyeslərinin əsl müəllifinin kimliyi barədə suallar, mübahisələr nəinki bitmir, getdikcə yeni suallar meydana çıxarır. Bununla Uilyam Şekspir daha da əfsanələşir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 21 aprel.- S.6.