Con Steynbekin “Mirvari”si
Ədəbi nümunələr
Dünyanın məşhur yazıçıları
arasında öz dəsti-xətti ilə seçilən Con Steynbekin
daha bir əsəri geniş oxucu auditoriyasında "şedevrlik” iddiasındadır.
Atası və babası kimi, bir vaxtlar İspaniya
krallığı üçün
böyük sərvətlər
qazandıran Kinonun həyatından bəhs edən əsərdə göstərilir ki, artıq özünün,
Yuananın və körpə oğlunun gündəlik dolanışığını
təmin etmək məqsədilə körfəz
sahillərində mirvari
toplayan yoxsul dalğıc olan Kino bir gün dənizdən
yumurta boyda, "Ay kimi mükəmməl” mirvari tapır. Bu mirvari ona ümid,
rahatlıq və təhlükəsizlik vəd
edir...
Meksika xalq nağılına əsaslanan, klassik və sadə dillə qələmə alınan, Manaf Süleymanlının tərcüməsində
cilalanan "Mirvari” insan təbiətinin sirlərini, şərin ən qaranlıq dərinliklərini və məhəbbətin işıqlı
yollarını araşdırır.
Azərbaycan.-
2019.- 21 aprel.- S.6.