“Yuxuların
yuxusu”
Antonio Tabukkinin "Yuxuların
yuxusu” əsəri öz quruluşuna və təhkiyəsinə
görə müəllifin fərqli yaradıcılıq
uğurudur.
Əsər yazıçıya
dünya şöhrəti gətirmiş "Pereyra iddia edir.
Şahid ifadələri”, həmçinin "Damaşeno
Monteyronun itmiş başı”, "Porto Pimdən olan
qadın”, "Hind noktürnü”, "Fernandu Pesoanın son
üç günü”, nəhayət, "İzabel
üçün. Bir mandala” və digər yazıları ilə
bir sırada özünəməxsus layiqli yer tutur.
"Yuxuların yuxusu” orijinal
süjetlərdən, təhlükəli olaylardan, ehtimal və
fərziyyələrdən bəhs edən maraqlı sənət
təcrübəsi, müasir bir yazıçının
yaxın və uzaq keçmişdəki iyirmi böyük
şəxsiyyətə olan ehtiraslı
sayğılarının təzahürüdür.
Əsəri italyan dilindən Cəmşid
Cəmşidov tərcümə edib.
Azərbaycan.-
2019.- 21 aprel.- S.6.