Beynin gizli həyatı

 

Tanınmış nevroloq David İqlmenin 20-dən çox dilə tərcümə edilən və artıq klassik əsərə çevrilən "İncognito: beynin gizli həyatı” kitabı beynin sirli dünyasına təcrübələr, elmi biliklər və tarixi faktlar işığında səyahət edir.

İmanyar Quliyevin tərcüməsi ilə nəşr edilən kitab tibbi mövzuda olsa da, müəllif yazıçılıq məharətini və zəngin biliyini birləşdirərək elmi faktları sadə və müqayisəli dillə oxuculara təqdim edir.

Müəllif əsər boyu sədaqət geni, qumarbazlara çevrilən Parkinson xəstələri, gen-mühit əlaqəsi, "yaxşı” və "pisgen, şüuraltı və qərarvermə mexanizmi, məsuliyyət anlayışı, beynin insan həyatında rolu kimi bir çox mövzulara toxunur.

Alim bu mövzuların beyinlə əlaqəsini izah etməklə kifayətlənmir, onunla bağlı müxtəlif formullar və modellər irəli sürür, insan psixologiyası və davranışlarına neyrongen prizmasından baxmağı da öyrədir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 21 aprel.- S.6.