Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya

 

Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il.

 

Azərbaycan.- 2019.- 23 aprel.- S.1.