“Kommersiya sirri haqqında”, “Banklar
haqqında”, “Mühasibat uçotu
haqqında”, “İctimai televiziya
və radio yayımı haqqında”, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli
metallar və qiymətli daşlar
haqqında”, “İnformasiya əldə etmək
haqqında”, “Daxili audit
haqqında” və “Auditorun peşə məsuliyyətinin
icbari sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli
1563-VQD nömrəli Qanununun tətbiqi və
“Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Kommersiya sirri haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında”, "İctimai
televiziya və radio yayımı haqqında”,
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında”, "Qiymətli
metallar və qiymətli daşlar haqqında”, "İnformasiya
əldə etmək haqqında”, "Daxili
audit haqqında” və
"Auditorun peşə
məsuliyyətinin icbari
sığortası haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kommersiya
sirri haqqında”,
"Banklar haqqında”,
"Mühasibat uçotu
haqqında”, "İctimai
televiziya və radio yayımı haqqında”,
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında”, "Qiymətli
metallar və qiymətli daşlar haqqında”, "İnformasiya
əldə etmək haqqında”, "Daxili
audit haqqında” və
"Auditorun peşə
məsuliyyətinin icbari
sığortası haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kommersiya sirri haqqında”, "Banklar haqqında”, "Mühasibat
uçotu haqqında”,
"İctimai televiziya
və radio yayımı
haqqında”, "Azərbaycan
Respublikasının Mərkəzi
Bankı haqqında”,
"Qiymətli metallar
və qiymətli daşlar haqqında”,
"İnformasiya əldə
etmək haqqında”,
"Daxili audit haqqında”
və "Auditorun peşə məsuliyyətinin
icbari sığortası
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 2, maddə 68; 2012, ¹ 6, maddə 541; 2013, ¹ 5, maddə
493; 2015, ¹7, maddə 824; 2017, ¹ 3, maddə 367; 2018, ¹ 6, maddə
1195, Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 1
mart tarixli 572 nömrəli
Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə
"2.1.20-ci” sözlərindən sonra ", 4.4-cü” sözləri
əlavə edilsin;
3.2. 2.7-ci bənddə
"5.3-cü maddəsində” sözləri "4.4-cü və
5.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 aprel 2019-cu il
Azərbaycan.- 2019.- 23 aprel.- S. 2.