“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
6 mart tarixli 377 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə
1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185, ¹ 12 (I kitab), maddə 2580; Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 20 fevral tarixli 532 nömrəli Fərmanı) 2.3-cü bəndindən
"28-ci,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 aprel 2019-cu il
Azərbaycan.- 2019.- 23 aprel.- S. 2.