Milyonları bir araya gətirən missiya

 

23 aprel Müəllif Hüquqları Günüdür

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Müəllif Hüquqları Agentliyi müstəqillik dövründə fəaliyyət dairəsini daha da genişləndirmişdir. Bu illər ərzində respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik yaradılmışdır.

Müəllif Hüquqları Gününün ölkəmizdə hər il qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Naşirlər, kitab ticarətçiləri və kitabxanaları təmsil edən təşkilatlar bu günü daha böyük təntənə ilə keçirirlər. Bu, həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək kimi ülvi bir missiyanı özündə birləşdirir. Odur ki, Müəllif Hüquqları Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib.

Son illər ölkəmizdə aparılan strukturiqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində də əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Prezident İlham Əliyevin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin bazasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Yenidənqurma nəticəsində qurumun prinsipi əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, agentlik tərəfindən müəllif hüquqları daha etibarlı şəkildə təmin edilir, piratçılığa qarşı ciddi mübarizə aparılır, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi günün tələbləri səviyyəsində qurulur, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün şəffaflıq təmin olunur. Agentlik ötən il Təhsil Nazirliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladığı "Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə”nin icrası ilə əlaqədar bir neçə beynəlxalq konfransseminar keçirmişdir. ÜƏMT-nin baş direktoru Frensis Qarrin "Bilikinnovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransın, regional seminar və sərginin iştirakçısı olmuşdur.

Xatırladaq ki, respublika Elmi-Texniki Kitabxanası da Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir. 1957-ci ildə yaradılmış, unikal müəllif kitablarını, patentnormativ-texniki sənədlər fondunu özündə cəmləşdirən respublika əhəmiyyətli bu kitabxanada (RETK) həm Azərbaycan, həm keçmiş SSRİ, həm də dünya ölkələrinin sahə üzrə ümumilikdə 14.862.581 çap vahidi toplanmışdır. RETK (özü və fondları) müxtəlif dövrlərdə ayrı-ayrı ünvanlarda yerləşmişdir. Neçə nəsil alim, professor və akademiklərin yetişdirilməsində xüsusi rol oynayan və minlərlə namizədlik və doktorluq dissertasiyaları, araşdırmalar, ixtiratexniki-normativ sənədlərin hazırlanmasında müstəsna məlumat mənbəyi olan bu zəngin kitabxananın əsas binası vaxtilə Bakı şəhəri, Azərbaycan prospektində (keçmiş H.Hacıyev) arxitektur binanın birinci mərtəbəsində yerləşmişdi. Həmin binanın 2003-cü ildə kommersiya məqsədi ilə özəlləşdirilməsi nəticəsində kitabxana digər ünvana köçürülmüşdür. Nəticədə RETK-in ərazisi təxminən iki dəfə azalmışdır. Bu da ədəbiyyatların yerləşdirilməsində çətinliklərə səbəb olmuşdur.

Hazırda ölkəmizdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Ötən ilin oktyabrında Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiya həftəsi” adlı sərgi və konfrans keçirilmişdir. Tədbirdə Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün görülən işlər nəzərə çatdırılmışdır. Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət sayəsində müasir çağırışlara cavab verən, islahatlarla zəngin olan və gələcəyə yönəldilən "Azərbaycanın inkişaf modelinin formalaşdığı, bu modelin biznes mühitinin inkişafını, sərmayə qoyuluşunu stimullaşdırdığı, innovasiyalara açıq olansosialyönümlüyü nəzərə alan yeni iqtisadiyyat modeli olduğu vurğulanmış, "Made in Azerbaijanbrendinin təşviqi ilə əlaqədar görülən işlər diqqətə çatdırılmış, həmçinin innovasiyalara yönələn əqli mülkiyyət siyasətinin məqsədləri açıqlanmışdır.

İqtisadi sahədə elmi tədqiqat işlərinin tətbiqinin əhəmiyyəti nəzərə alınmaqla "Azərbaycan universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasət haqqında”, "Milli brendlərimizi qoruyaq (Milli brendlərin hüquqi qorunması və onların müəllif-hüquq nöqteyi-nəzərindən qeydiyyatı)”, "Qlobal innovasiya indeksi”, "Kreativ iqtisadiyyatkiçikorta sahibkarlığın innovasiyalı inkişafı”, "İnnovasiyalı inkişaf və əqli mülkiyyət”, "İT-İP:Əqli mülkiyyətin gələcəyinə baxış” və s. kitabçalar yenidən işlənərək təkrar nəşr edilmişdir.

Ötən ilin iyun ayında Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanmışdır. Ölkə rəhbərinin digər fərmanı ilə Azərbaycan Respublikası 2013-cü il 27 iyun tarixli "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmuşdur. Nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat vermişdir.

İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilmiş, əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilmişdir. "Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilmişdir. Bununla yanaşı, ötən il 15 müqavilə qeydiyyatdan keçirilmişdir. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixədək agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət” bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyata alınmışdır. Bundan əlavə, ötən il müəllif hüququna əsaslanan kreativ sənayenin 2017-ci il üzrə milli iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri təhlil edilmiş, müəllif hüququna əsaslanan milli iqtisadiyyat sahələrində istehsalın həcmi müəyyən olunmuşbu sahələrin ölkə üzrə ümumi daxili məhsulda xüsusi çəkisi hesablanmışdır.

Struktur islahatları çərçivəsində agentliyin nəzdində yaradılmış Apelyasiya Şurasına 119 müraciət daxil olmuşdur. Onlardan 118-i Apelyasiya Şurasının funksional fəaliyyəti, 1-i isə əmtəə nişanının geniş tanınmış hesab edilməsi ilə bağlı qaydaların izah edilməsi ilə əlaqədar olmuşdur. Tamya qismən təmin edilmiş ərizələrin sayı 25, rədd edilmiş ərizələrin sayı 10, baxılmamış saxlanmış ərizələrin sayı (geri götürülmüş ərizə) 3, işə baxılması təxirə salınmış ərizələrin sayı isə 33 olmuşdur.

Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 25 faizə, audiovideo məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə düşmüşdür.

Mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə tədbirləri çərçivəsində "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edirmövzusunda konfrans keçirilmiş, çoxsaylı çıxışlar edilmiş, "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edirya "Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” Azərbaycan, rusingilis dillərində kitab hazırlanmış, erməni nümunələri kimi qələmə verilən xalq mahnılarımızın və müəllif əsərlərinin, o cümlədən "Aman Telloxalq mahnısının Azərbaycan xalqına məxsusluğunu elmi, tarixi, etimolojihüquqi baxımdan təsdiq edən arayış hazırlanmışdır. Bu KİV-də yayılmış, erməni saxtakarlıqlarını ifşa edən "Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, "Armənskiy qenosidili armənski terror?”, "Moralnıy terror: protiv nematerialnoqo i materialnoqo kulturnoqo nasledie”, "Öz-özünü təkzib edən "Erməniçiliyin müəllif hüququ”, "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ”,”Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində), "Erməni yadelli nağılları” kitabı və "Gəldim, gördüm..., mənimsədim” kitabçası (Azərbaycan, rus, ingilis və fransız dillərində) təkrar çap edilərək il ərzində agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanmışdır.

"Elektron xidmət” vasitəsilə müəlliflərin 20 müraciəti əsasında 15 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatına dair 15 şəhadətnamə verilmişdir.

Ötən il agentliyin nümayəndələri ölkə xaricində 20-dən artıq beynəlxalq tədbirdə iştirak və çıxış etmiş, beynəlxalq əlaqələrlə bağlı 102 sənəd layihəsinə dair təklif və rəylər verilmişdir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 23 aprel.- S.4.