Azərbaycan
Respublikası Hökuməti ilə Birləşmiş Millətlər
Təşkilatının Təhsil, Elm və Mədəniyyət
üzrə Təşkilatı (YUNESKO) arasında
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə
bağlı Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı
(YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası ilə bağlı 2019-cu il martın 27-də
Paris şəhərində imzalanmış Saziş təsdiq
edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində
göstərilən Saziş qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi onun müddəalarının həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya
bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 aprel 2019-cu il
Azərbaycan.
- 2019.- 24 aprel.- S.1.