Bakı “Formula-1” üçün unikal yerdir

 

Planetin ən güclü pilotları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirlər

 

Dünyanın sürət həvəskarları Bakıdakı "Formula-1” yarışının həyəcanı ilə yaşayır. Bu günlərdə planetimizdə avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Valtteri Bottas, Antonio Covinatsi, Serxio Peres, "Ferrari” komandasının rəhbəri Mattia Binotto digərləri ümumilikdə cari mövsüm, Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüblər.

"Bakıda bizi fərqli yürüş gözləyir

 

"Mercedes”in pilotu Luis Hamilton ötən iki mövsümdə Azərbaycandakı trasın əla olduğunu diqqətə çatdırıb. Deyib ki, Bakıda əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyir: "Bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxtim gətirmişdi. Mən Valtteri Bottasın xüsusilə "Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”.

"Mercedes” komandasının digər pilotu Valtteri Bottas isə qeyd edib ki, mövsümün başlanğıcı komanda üçün ideal olub:

"Biz üç mərhələdə iki dəfə qələbə qazanacağımızı təsəvvür belə etmirdik. Buna görə bütün əməkdaşlara fantastik işlərindən ötrü təşəkkür edirəm. Şəxsən mən bir az kədərliyəm, çünki yürüşü pouldan başladım elə ilk metrlərdə onu uduzdum. Start-finiş xəttində gecikmə baş verdi mən liderliyi Luisə təhvil verməli oldum. Bu cür xırdalıqlar böyük rol oynaya bilir təəssüf ki, onlar qalibi müəyyən edən amil olur. Müsbət məqamlara gəldikdə isə biz trasda Bəhreyndə olduğundan daha inamlı idik. Komanda yaxşı formadadır maksimum nəticə əldə etməyə çalışacaq. Şanxay trası bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. Yaxın günlərdə bizi nələrin gözlədiyi məlum olacaq”.

 

"Bakıya daha güclü qayıtmaq istəyirik

 

"Ferrari” komandasının rəhbəri Mattia Binotto isə bildirib ki, "Mercedes” bolidləri uik-endin başlanğıcından sürətli olub, onlar təsnifatda bizi qabaqlayıb bu keyfiyyəti bir daha təsdiq ediblər:

"Bu, yürüşdən-yürüşə vəziyyətin dəyişə biləcəyini göstərir. Bəhreyndə biz daha sürətli çıxış etdik, bir həftədən sonra isə hər şey əksinə oldu. Güman edirəm ki, bütün çempionat boyu şərait dəyişəcək. Strateji qərarların qəbulu zamanı biz komanda üçün maksimal nəticələrə nail olmağa çalışırdıq. Biz Maranellodakı bazaya qayıdacağıq, orada telemetriyanı öyrənərək növbəti yürüşə daha yaxşı hazırlaşmaq istəyirik. Zəif cəhətlərimizi aşkar etmək Bakıya daha güclü qayıtmaq üçün maşını da modernləşdirməyə davam edəcəyik. Orada bizi tamamilə fərqli tras gözləyir, biz uik-endə müsbət əhvali-ruhiyyə ilə yanaşmalı mümkün olan hər şeyi etməliyik”.

 

"Çox sevincliyəm

 

"Racing Point”in pilotu Serxio Peres isə "Formula-1”in Qran-prisindən sonra 4 xal qazandığına görə sevincli olduğunu diqqətə çatdırıb: "Start inanılmaz dərəcədə yaxşı alındı. Mən hücuma keçmək fürsətini gördüm hər şey istədiyim kimi alındı. Bizim tempimiz yaxşı idi, mən sürəti saxlayır şinlərin vəziyyətinə nəzarət edirdim. Yürüşü asan adlandırmaq olmazdı, çünki ikinci kəsiyin çox hissəsində Kimi Raykkonenin təzyiqi altındaydım. Bu səbəbdən şinlərin vəziyyətini izləmək tempi saxlamaq çox çətin idi. Məndən irəlidə olan Daniel Rikkardo da elə bu vəziyyətdə idi. Güman edirəm ki, o, şinlərin vəziyyətini izləyirdi. Çünki hər dəfə mən ona yaxınlaşdıqda o, sürəti artıraraq qabağa gedirdi. Fürsətdən istifadə edərək xal qazanmağımız çox mühüm idi. Biz Bakıda daha yaxşı çıxış etməliyik”.

 

"Azərbaycanda hər şeyi yenidən başlamaq istəyirəm

 

"McLaren”in idman direktoru Jil de Ferran isə Çin Qran-prisindən sonra idmanda güzəşt olmadığını diqqətə çatdırıb. Vurğulayıb ki, birinci dövrədə baş verən insident komandanın yürüşünü pozub: "Yekun ürəkaçan olmadı. Buna baxmayaraq, uik-end bizə müsbət nəticələr çıxarmağa imkan verdi. Birincisi, xal qazana bilmiş rəqiblərin fonunda bizim yürüş tempimiz heç pis deyildi. İkincisi, özünəməxsus unikal Çin trası bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik”.

"Alfa Romeo”nun pilotu Antonio Covinatsi isə onları qarşıda daha çətin Bakı sınağının gözlədiyini bildirib: "Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı trası ilə məni xoş xatirələr bağlayır. "Formula-1” sükanı arxasında Bakı yollarında çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 24 aprel.- S.1; 5.