İctimai TeleviziyaRadio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

"İctimai televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai TeleviziyaRadio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Babanlı Yusif Məmməd oğlu - namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

Musayev Salman Musa oğlu - namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

Qafarova Zemfira Həsən qızı - namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 23 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.- 24 aprel.- S.3.