AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin
iştirakı ilə “dəyirmi masa” keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) nümayəndə heyətinin iştirakı ilə "dəyirmi masa” keçirilib.
AzMİU-dan
AZƏRTAC-a bildirilib ki,
"dəyirmi masa”da İTU-nun rektoru, professor Mehmet Karacanın
"İstanbul Texniki
Universiteti nümunəsində XXI əsrdə
universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda
məruzəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə
açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova
ölkənin aparıcı ali təhsil müəssisələrinin
rəhbərlərinin və türkiyəli qonaqların
iştirak etdikləri görüşün əhəmiyyətini
vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini
öyrənməyə dəvət edib.
Sonra məruzə ilə çıxış edən Mehmet Karaca müasir dünyanın tələblərinə uyğun olaraq hazırda təhsilin forma və məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsilalanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin əhəmiyyətini vurğulayıb. Rektor İTU-da yaradılan texnoparkın fəaliyyətindən də danışıb, universitet-sənaye işbirliyinin əməkdaşlığının faydalı nəticələrini qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildirib, ali təhsil ocaqlarında texnoparkların yaradılmasında ortaya çıxan çətinliklərdən danışıblar.
Müzakirələrdə
Mehmet Karaca texnopark ənənəsinin öyrənilməsində
Azərbaycan universitetlərinə dəstək göstərməyə
hazır olduğunu bildirib,
rektorları və ali məktəb təmsilçilərini
İTU Texnoparkının fəaliyyətini izləmək və
təcrübəsini öyrənmək üçün
Türkiyəyə dəvət edib.
Azərbaycan.-
2019.- 24 aprel.- S.3.