Azərbaycan Avrasiyada Çinin əsas tərəfdaşlarından
biridir
Aprelin 24-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Çin Xalq Respublikasının sədri Si CİNPİN dedi:
-Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı "Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk.
Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram.
Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır.
***
Azərbaycan Respublikasının
Prezidenti İlham
ƏLİYEV dedi:
-Cənab Sədr, mənim ünvanıma söylədiyiniz
və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm.
Mən Sizə, ilk növbədə, dəvətə
görə təşəkkür
etmək istərdim. Biz "Bir kəmər,
bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə
xüsusi hörmət
əlaməti, mənə
münasibətdə dostluq
əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin
ölkənizin dostuyam,
Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar.
Biz birgə səylərimizlə
əməkdaşlığımızı
irəlilədirik, bundan
sonrakı qarşılıqlı
fəaliyyətin yollarını
müəyyən edirik.
Bu Forumun
keçirilməsi çox
böyük əhəmiyyət
kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və
bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər
çərçivəsində fəal irəlilədir.
2015-ci ildə Sizin ölkənizə
dövlət səfərimi
və burada mənə göstərilən
qonaqpərvərliyi xatırlamaq
istərdim. O vaxt Sizinlə biz "İpək
Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün
bizim siyasi münasibətlərimiz yüksək
səviyyədədir. Biz beynəlxalq təşkilatlarda
fəal qarşılıqlı
əlaqə saxlayırıq.
***
Çin Xalq Respublikasının Sədri
Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu
daxili və xarici siyasətinin həyata keçirildiyini,
ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun
artdığını, Azərbaycanda
sabitliyin təmin olunduğunu, xalqımızın
rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa
nail olunduğunu bildirdi.
O, Çinin Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü və
müstəqilliyini dəstəklədiyini
vurğuladı. Si Cinpin "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini
qeyd etdi.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın
"Vahid Çin” siyasətini ardıcıl
surətdə dəstəklədiyini
vurğuladı. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə
etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya,
informasiya-kommunikasiya texnologiyaları,
təhsil və humanitar sahələrdə,
o cümlədən hüquq-mühafizə
orqanları arasında
əməkdaşlıq və
beynəlxalq terrorizmə
qarşı mübarizə
sahəsində əməkdaşlığın
perspektivləri müzakirə
olundu.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Çin Xalq Respublikasının Sədri
Si Cinpini ölkəmizə
səfərə dəvət
etdi. Dəvət məmnunluqla qəbul
olundu.
Azərbaycan.- 2019.-25 aprel.- S.1.