“ZTE” Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanlar
var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Cisue ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, "ZTE" Korporasiyasının sədri Li Cisue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Cisue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi.
Prezident İlham
Əliyev bu əməkdaşlığın
uğurlu olacağına ümid
etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafının Azərbaycanda prioritet
sahələrdən olduğunu deyən
dövlətimizin başçısı son
illərdə bu sektorun
inkişafı üçün xeyli işin görüldüyünü, bu
sahəyə investisiyaların
yatırıldığını, xarici tərəfdaşlarla
əlaqələrin genişləndiyini dedi.
Prezident İlham
Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq
üçün yaxşı imkanların
olduğunu vurğuladı.
Azərbaycan.-
2019.-25 aprel.- S.2.