Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə
fəal iş görmələrində
maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Vu Mançin "CETC” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.
Ölkələrimiz
arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən
Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan
Çinin böyük
şirkətlərinin ölkəmizdə fəal iş görmələrində
maraqlıdır. Dövlətimizin başçısı
artıq Çinin bir
çox şirkətlərinin
timsalında yaxşı tərəfdaşlığın
yarandığını bildirdi və Azərbaycanda
xarici şirkətlər üçün
geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.
Azərbaycan.-
2019.-25 aprel.- S.2.