Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir

 

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının kollektivi aprelin 25-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyub.

Sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

***

 

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. Bildirib ki, Zərifə Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, həm nümunəvi bir həyat yolu keçib.

Azərbaycan Respublikasının Prezidenti Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Zərifə xanımın həyatı hər bir azərbaycanlı üçün nümunədir. O, əsl azərbaycanlı xanım nümunəsidir. Zərifə xanımı yaxından tanıyanlar onun ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın olduğunu yaxşı xatırlayırlar. Zərifə xanım hamının dərdini, problemini özününkü hesab etməyi bacarırdı. Çünki hər şeydən əvvəl insanları sevirdi. O, həm ailəsində, həm peşəsində nümunə göstərirdi. Bu müdrik, ziyalı, alicənab qadının keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, akademik Zərifə Əliyeva təkcə respublikamızda deyil, beynəlxalq aləmdə tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir. Onun fəaliyyəti bizim üçün əsl nümunədir. Görkəmli alim öz qayğıkeşliyi səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. İnkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün alimin irsindən faydalanırlar. Zərifə xanım Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir.

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün öz aktuallığını itirmir. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə xüsusi diqqət yetirib.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək böyük alim insan Zərifə xanım Əliyevanın qəlbən təmiz, ruhən nəcib, sözün həqiqi mənasında, peşəsinin vurğunu olduğunu vurğulayıb. O öz elmi-praktik yaradıcılığı, təcrübəsi, axtarışları ictimai fəaliyyəti ilə oftalmologiya elminə əvəzsiz töhfələr verib, təmasda olduğu hər bir insanın xatirində silinməz iz buraxıb.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın sənətinə vurğun, yüksək mənəvi-etik davranışa malik həkim pedaqoq kimi həmişə xalqımızın qəlbində yaşayacağını bildirib. O qeyd edib ki, Zərifə Əliyeva yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan kimi yaddaşlara əbədi həkk olunub.

 

Azərbaycan.- 2019.- 26 aprel.- S.4.