Küçələrin fəthi başladı
Pilotlar yarışa, bolidlər isə trekə hazırdır
Bu gün Bakı sayca 4-cü dəfə möhtəşəm tədbirə - "Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1” treklərindən seçilir.
Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Pilotların yarışacağı avtomobillər - bolidlər də starta tam hazır vəziyyətdədir. Pilotların trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.
Bu gün trasla
tanışlıq olacaq
Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.
Azərbaycan Qran-prisinin
əsas yarış günü
Aprelin 28-də isə Azərbaycan Qran-prisinin yarış günüdür. Sürücülər bir gün əvvəlki sıralanma turunun nəticələrinə
görə startda yerlərinə keçirlər.
Əvvəlcə sürücülər trasda bir dövrə
vuraraq təkərləri
və əyləcləri
qızdırır, dövrənin
tamamında isə yenidən start yerlərini
tuturlar.
Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən, yəni
5 qırmızı işığın
sönməsindən sonra
yarış başlayır. Dövrənin uzunluğundan asılı
olaraq sürücülər
müxtəlif traslarda
müxtəlif sayda dövrələr vururlar.
Yeniliklərlə yaddaqalan
mərhələ
"Formula-1” yarışlarının
Azərbaycanın paytaxtında
keçirilməsi ilə
bağlı FOM (Formula One Management) ilə danışıqlar
2013-cü ildə başlanıb
və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul
olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini
göstərir.
İlk dəfə 2016-cı ildə
paytaxtımızda keçirilən
"Formula-1” Avropa Qran-prisinin
Bakı mərhələsi
yeniliklə yadda qalmışdı. Bu, sıralama
turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırıldı.
10 pilot 12 dəqiqəlik
üçüncü seansdakı
göstəricilərə görə
yarışa start verirdi.
Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə
tutulub.
"Formula-1” mütəxəssislərinin
rəylərinə görə,
bu yenilik yarışın həyəcanını
bir qədər də artırıb.
"Formula-1”in dünyada kifayət qədər azarkeşləri
olduğunu nəzərə
alsaq, Bakı Şəhər Halqasında
tamaşaçıların yarışı canlı və təhlükəsiz
izləmələrinə hər
cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif
yerlərində tamaşaçı
tribunaları quraşdırılıb.
Bu tribunalar elə
yüksək səviyyədə
hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan
çıxmır. Bu mötəbər yarışın
yüksək səviyyədə
KİV-də işıqlandırılmasına
təcrübəli müxbir
və fotomüxbirlər
cəlb edilib. Beləliklə, dünyanın ən
böyük informasiya
alyansları, eləcə
də ölkəmizin
xəbər agentlikləri
Bakıda keçiriləcək
"Formula-1” yarışı barədə xəbərləri
dünyaya yayacaqlar.
Şəhər traslarının
ən sürətlisi
Bakı trası şəhər traslarından ən sürətlisidir. O, uzunluğuna görə yalnız Spadan, döngələrinin
sayına görə isə Sinqapurdan və Abu-Dabidən geri qalır. O da saat əqrəbinin
əks istiqamətində
burulur. German Tilkenin
arxitektura bürosu tərəfindən işlənib
hazırlanmış küçə
trası layihəsi isə 2014-cü ilin oktyabrında rəsmən
təqdim edilib. Layihəyə görə, tras
Dənizkənarı bulvar
və Hökumət Evi, qismən İçərişəhər boyunca tarixi mərkəzdən keçir.
Düz yolun sonunda maksimum
sürət saatda təqribən 370 kilometrdir. Konfiqurasiyaya
12-si sol və 8-i sağ
olmaqla 20 döngə,
o cümlədən səkkiz
90 dərəcəlik döngə
daxildir. Trasın eni İçərişəhərdə
yeddinci və səkkizinci döngələr
rayonunda 13 metrdən 7,6 metrə qədərdir.
Maşınları kiçik sıxma
gücü səviyyəsinə
görə sazlayırlar
ki, bu da
yalnız Monsadakından
azdır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 26 aprel.-
S.1; 6.