“Münasibətlərimizin inkişafından çox məmnunuq”
Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Rusiya Prezidenti
Vladimir PUTİN dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi görməyimə şadam. Bizim artıq,
necə deyərlər,
kuluarlarda bir-birimizlə
qısaca söhbət
etmək imkanımız
olub. Sizinlə daha geniş
tərkibdə söhbət
etmək imkanına görə şadam.
Sizinlə mütəmadi görüşürük,
həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə
etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə,
mənim fikrimcə, ümumiyyətlə, çox
yaxşı gedir.
Ticari-iqtisadi əlaqələrimiz inkişaf
edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət
mexanizmi yaratmışıq.
Zənnimcə, bu təşəbbüs
yaxşı inkişaf
edir. Sonra Rusiya və
Azərbaycan tərəfindən
olan həmkarlarımızdan
bu barədə danışmalarını xahiş
edərik. Lakin bütövlükdə
bizim münasibətlərin
inkişafından məmnunuq.
Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin
bütün aspektləri
barədə danışacağıq.
Sizi görməyimə çox
şadam.
***
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Çox sağ olun,
hörmətli Vladimir Vladimiroviç.
Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin
inkişafına çox
ciddi təkan verir. Biz müntəzəm
olaraq görüşürük
və əlbəttə
ki, bütün sahələrdə əməkdaşlığın,
qarşılıqlı fəaliyyətin
çox mühüm məsələlərini həll
edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri
əhatə edir və fəal siyasi dialoq aparılır.
Biz əmtəə dövriyyəsinin artmasını
müşahidə edirik.
Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin
irəlilədilməsi üçün
xüsusi mexanizm mövcuddur. Biznes dairələri
birgə işləməyə
çox böyük maraq göstərirlər.
Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın
mühüm istiqamətidir.
Burada da, energetika, kənd təsərrüfatı,
humanitar əməkdaşlıq
sahələrində də
yaxşı nəticələrimiz
var. Düşünürəm ki, qarşılıqlı
münasibətlərin bugünkü
səviyyəsi ikitərəfli
və regional gündəliyə
aid bir çox məsələləri həll
etməyə imkan verir. Buna görə
də əminəm ki, bizim indiki
görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə,
qarşılıqlı hörmətə
əsaslanan münasibətlərimizin
gələcək inkişafına
yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk,
onları çox qiymətləndiririk və
onların fasiləsiz
inkişaf edəcəyinə
ümid bəsləyirik.
Bir daha sağ olun.
Prezident Vladimir PUTİN: Sağ olun. Ticarətə gəldikdə, keçən
il bizdə əmtəə dövriyyəsi
demək olar ki, 14 faiz artıb
və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz
çoxdur. Biz razılığa gəlmişik
ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran
sammiti keçirək.
Belə ki, bu barədə
də danışarıq.
Prezident İlham ƏLİYEV: Sağ olun.
***
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz,
nəqliyyat, sənaye,
əczaçılıq, təhsil,
mədəniyyət, humanitar
sahələrdə əməkdaşlığın,
o cümlədən Şimal-Cənub
nəqliyyat dəhlizinin
inkişaf perspektivləri
müzakirə olundu. Hökumətlərarası
komissiyanın uğurla
fəaliyyət göstərdiyi
bildirildi və iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsi
üçün yaxşı
imkanların olduğu
vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi müzakirə
edildi. Prezident Vladimir Putin bəyan etdi ki, Rusiya
bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi
kimi münaqişənin
həlli istiqamətində
səylərini əsirgəməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində
səylərini yüksək
qiymətləndirdi. Ölkələrimiz
arasında dostluq münasibətlərinin
bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə
olundu.
Azərbaycan.-
2019.-27 aprel.- S.1-2.