Paytaxtın “Formula-1” günləri
Azərbaycan bir nömrəli sürət
yarışının ən
mükəmməl təşkilatçılıq
modelini yaradıb
Bakı indiyədək bir sıra nüfuzlu idman yarışlarına evsahibliyi edib. Ölkəmiz son 3 ildə "Formula-1” yarışlarını
keçirməklə nümunəvi
təşkilatçılığı və qonaqpərvərliyi
ilə dünyanı heyran edib. Sayca 4-cü dəfə ölkəmizdə
keçirilən bu idman yarışı da Bakı sakinləri
tərəfindən böyük
maraqla qarşılanır.
Bunu bilet alışında yerli azarkeşlərin üstünlük təşkil
etməsi də göstərir.
Ümumiyyətlə isə "Formula-1” SOCAR Azərbaycan
Qran-prisinə dünyanın
67 ölkəsindən bilet
alınıb. İndiyədək satılan biletlərin
39 faizi Azərbaycandan,
qalan hissəsi isə xaricdən - ən çox isə Rusiya və Böyük Britaniyadan alınıb.
Sonrakı sıralarda Avstriya,
Gürcüstan və
Niderland yer tutur. İlk onluqda isə
Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri,
Ukrayna və ABŞ qərarlaşıb.
Azarkeşlər pilotlarla
görüşür
Bakıda keçirilən Azərbaycan
Qran-prisinin digər maraqlı tərəfi tamaşaçıların əyləncəsi
və mənalı istirahəti üçün
təşkil edilən
tədbirlərdir. Bunlardan biri
"Formula-1” pilotları ilə
tanışlıqdır. Aprelin 26-dan etibarən "Formula-1” azarkeşləri
sevdikləri pilotlarla görüşərək onlardan
avtoqraf almaq imkanı qazanıblar.
Azarkeşlər avtoqraf sessiyasının ilk günündə
"Red bull Racing”, "Ferrari” və
"Renault” komandalarının
pilotları ilə görüşüblər. Dünən
isə "Racing Point”, "Alfa Romeo” və "Mercedes” komandalarının
ən məşhur pilotları ilə görüşüb, onlardan
avtoqraflar alıblar.
Salam, Bakı
Bir neçə gündür
Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Milli
Park ərazisində əyləncə
zonaları fəaliyyətə
başlayıb. Həmçinin
azarkeşlər üçün
pit yolu gəzintisi təşkil olunub. Bununla da onlar "Formula-1” aləminə daha da yaxınlaşıblar.
Gəzinti zamanı azarkeşlər pit yolunu keçərək komandaların
yarışa hazırlığına
şahidlik edir,
pit-stop əməliyyatlarını öz gözləri ilə görə bilirlər. İzləyicilər komandaların qarajlarında
dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis
və mexaniklər tərəfindən necə
sazlanması prosesinin şahidi olurlar.
Tamaşaçılar üçün ən maraqlı oyun zonası da qurulub. Bayram ab-havasına bürünmüş
Bakıda sürət
və adrenalin həvəskarları
məhz bu məkana toplaşırlar.
Çünki burada sürət sevən fanatlar simulyatorlarda test edərək özlərini
əsl "F1” sürücüsü
kimi hiss edirlər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-prisinin bir hissəsinə çevrilərək
bu mötəbər yarışın həyəcanını
yaşayır, onun adrenalinindən zövq alırlar. Uşaqlar üçün əyləncəli yarışların
təşkili də unudulmayıb. Burada uşaqlar
üçün əyləncəli
və təhlükəsiz
mühitdə yol hərəkəti qaydalarını
öyrədən sürücülük
məktəbi yaradılıb.
Bundan əlavə, uşaqlar müvəqqəti kartinq halqasında dövrələri
daha tez başa vurmaq üçün yarışırlar.
Dünya ulduzunun
ifasında möhtəşəm
konsert
"Formula-1” SOCAR Azərbaycan Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı yarışlarından
sonra azarkeşlər axşam saatlarında
"Baku Crystal Hall”a toplaşıblar. Britaniyalı müğənni Cessi Cey Bakıda avtoidman azarkeşlərinin
qarşısında səhnəyə
çıxıb. O, "Formula-1” həvəskarları üçün
ən məşhur ifalarını səsləndirib.
Qeyd edək ki, müğənninin
"Who You Are” albomu ona
"BRITS Critics' Choice” mükafatını
qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il
sonra öz etiraflarını bölüşdüyü
"R.O.S.E” albomunu çıxarıb.
Xatırladaq ki, daha öncə 27 aprel konsertində britaniyalı müğənni
Sem Smitin
çıxış edəcəyi
nəzərdə tutulmuşdu.
Lakin Cənubi Afrika turu zamanı müğənninin səhhətində
problem yaranıb və
həkimlər konsert proqramlarının ləğvini
məqbul hesab ediblər. Odur ki, Bakıya
onun həmyerlisi Cessi Ceyi dəvət
etmək qərara alınıb. Enerjili və
coşqulu ifalar konserti dinləməyə
gələnlərə unudulmaz
gecə yaşadıb.
Beləliklə, Bakıda bu gün yekunlaşacaq Azərbaycan Qran-prisi göstərir ki,
"Formula-1” təkcə yarış
deyil, həm də yaddaşlarda iz buraxacaq istirahət
üçün möhtəşəm
bir tədbirdir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 28 aprel.- S.7.