Yaponiya KİV-ləri
Formula 1 Azərbaycan Qran-Prisinə
geniş yer ayırıb
Yaponiyanın nüfuzlu idman portalları Bakıda keçirilən Formula 1 Azərbaycan
Qran-Prisini geniş işıqlandırır. Bir sıra
telekanallar, o cümlədən
"Fuji-TV.Next” televiziyası
yarışları yaponiyalı
tamaşaçılara birbaşa
yayımla təqdim edir.
AZƏRTAC xəbər
verir ki, Yaponiyanın nüfuzlu
https://formula1-data.com/, https://www.as-web.jp, https://www.sports-his.com,
www.topnews.jp, https://www.sportingnews.com/ internet saytlarında
dərc edilmiş məqalələrdə Azərbaycanın
bu idman tədbiri vasitəsilə
Bakının gözəlliyini,
tarixi məkanlarını
və dinamik inkişafını bütün
dünyaya nümayiş
etdirdiyi xüsusi vurğulanıb.
İnternet nəşrlərində
yapon dilində yer alan
məqalələrdə bildirilir
ki, Azərbaycan dünyada məşhurluğu
ilə seçilən
Formula 1 yarışını dördüncü dəfədir
qəbul edir. Eyni zamanda, dünya şöhrətli pilotların
iştirak etdikləri
Azərbaycan Qran-Prisi
Formula 1 üzrə dünya
çempionatının dördüncü
mərhələsidir.
"Fuji-TV.Next”
telekanalının şərhçiləri
birbaşa reportaj zamanı Formula 1 yarışının
Azərbaycan mərhələsinin
özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər
ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, şəhərin
tarixi məkanlarını
əhatə edən bənzərsiz trekdə yarışırlar.
Məqalə və reportajlarda idmançılar və azarkeşlər üçün
hər cür şəraitin yaradılmasından
geniş bəhs olunub. KİV-lərdə Formula 1 Azərbaycan
Qran-Prisinin gedişi və
turnirdə iştirak edən
adlı-sanlı pilotlar, yarışlar
zamanı istifadə edilən texniki vasitələr
barədə məlumatlar da əksini
tapıb.
Azərbaycan.-
2019.- 28 aprel.- S.7.