Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur

 

Aprelin 25-də Sankt-Peterburqda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə ölkəmizi DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, təşkilata qoşulma ilə əlaqədar işçi qrupunun fəaliyyətinin nəticələri, Ümumdünya Gömrük Təşkilatında fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, təşkilatın Regional Laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT-nin Avropa regionunun ÜGT-nin komitə və orqanlarında təmsil edilməsi, Bakıda yerləşən təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri vəzifəsinə namizədlərin təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfrans aprelin 26-dək davam edəcək.

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.4.