Bakıda M.Rostropoviç X Beynəlxalq Musiqi Festivalı başa çatıb

 

Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət NazirliyiMstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünyaşöhrətli musiqiçilər və kollektivlər iştirak edib.

AZƏRTAC xəbər verir ki, aprelin 27-də Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrininxorunun (Almaniya) çıxışı olub.

Konsertdə dünyaşöhrətli bəstəkarlar Frants ŞubertQabriel Forenin əsərləri səslənib.

Bakılı tamaşaçılar konserti böyük maraqla qarşılayıblar.

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.5.