Azərbaycanın kino xadimlərinə
fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Xalq artisti”
Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə
Camal qızı
"Əməkdar incəsənət
xadimi”
Azay Adil Çərkəz oğlu
"Əməkdar artist”
Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu
"Əməkdar mədəniyyət
işçisi”
Ağayev Nəsir
İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək
Barat oğlu
Mahmudova Zəkiyyə
Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 iyul 2019-cu il
Azərbaycan.- 2019.-1 avqust.- S.4.