UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili
və keçirilməsində fəal iştirak
etmiş şəxslərin təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
2019-cu il 30 iyun - 10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə
Qarayev Əbülfəs Mürsəl oğlu
2-ci dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə
Məmmədəliyeva Sevda Yusuf qızı
3-cü dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə
Kərimov Anar Qabil oğlu
"Tərəqqi” medalı ilə
Abbəkirov Ramil Ələkbər oğlu
Axundov Tamerlan Məmmədbağır oğlu
Əliyev Rəşad Rahib oğlu
Həsənov Seymur Qadir oğlu
İbrahimova Xumar Asif qızı
Qəmbərova Təranə Əlikram qızı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust
2019-cu il
Azərbaycan.- 2019.-2 avqust.-
S.2.