“Hesablama Palatası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Hesablama Palatası haqqında” Azərbaycan Respublikası
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 9, maddə
1820; 2019, ¹ 1, maddə 42; Azərbaycan
Respublikasının 2019-cu il
29 mart tarixli 1543-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 6.0.2-ci və
7.0.1-ci maddələrdə "həddi də” sözləri "həddi
və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə
tutulmuş güzəşt
və azadolmalar da” sözləri ilə əvəz edilsin.
2. 8.0.13-cü maddə
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyun 2019-cu il
Azərbaycan.- 2019.-2 avqust.-
S.2.