Qəbələ: “Kamera konsertində Avropa bəstəkarlarının əsərləri
səsləndirilib”
Qəbələ Beynəlxalq
Musiqi Festivalının builki
proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü tamaşaçılara kamera
konserti “Cello Extravaganza” təqdim
olunub. Konsertdə festivalın təşkilatçı
qurumlarının təmsilçiləri,
yerli musiqisevərlər,
şəhərin qonaqları
iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin zalında
keçirilən kamera
konsertində festivalın
bədii rəhbərlərindən
biri, dünya şöhrətli musiqiçi
Dmitri Yablonski (violonçel,
İsrail-ABŞ), həmçinin
Rusiyadan gəlmiş violonçel ifaçıları
Boris Andirianov, Anna Koşkina
və Janna Miniotas maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə J.Offenbaxın,
İ.S.Baxın, C.Sollimanın,
A.Minskinin, G.Qusevin, Q.Millerin, G.Qladkov-B.Andrianovun
və E.Fransininin əsərləri səsləndirilib.
Festivalın proqramına
uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində
XI Qəbələ Beynəlxalq
Musiqi Festivalının
təntənəli açılış
mərasimi keçiriləcək.
Azərbaycan.-
2019.-2 avqust.- S.5.