Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”ndə,
“Xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında”,
“Dövlət rüsumu haqqında”,
“Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd
təsərrüfatı
haqqında” və “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 11-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1994, ¹ 17, maddə 234; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 11, maddə
687; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 3, maddə 223; 2010, ¹ 11, maddə
936; 2013, ¹ 5, maddə 464; 2014, ¹ 11, maddə 1334; 2015, ¹ 10, maddə
1083; 2018, ¹ 6, maddə 1189; 2019, ¹ 3, maddə 386; Azərbaycan Respublikasının 2019-cu il
29 mart tarixli 1541-VQD nömrəli
Qanunu) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”nin
93-cü maddəsində "Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə
və Kənd Təsərrüfatı Nazirliyinə”
sözləri "müvafiq
icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.
Maddə 2. "Xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 7, maddə 479; 2003, ¹ 1, maddə 8; 2004, ¹ 2, maddə
57; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 6, maddə
460; 2009, ¹ 2, maddə 43, ¹ 10, maddə 769; 2014, ¹ 5, maddə
462; 2015, ¹ 4, maddə 361; 2017, ¹ 12 (I kitab), maddə 2203; Azərbaycan Respublikasının
2019-cu il 5 mart tarixli
1528-VQD nömrəli Qanunu)
34-cü maddəsinin üçüncü
hissəsində "təbabəti”
sözü "xidməti”
sözü ilə əvəz edilsin.
Maddə 3. "Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə
428, ¹ 12 (I kitab), maddələr
676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə
684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr
223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə
1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56,
¹ 3, maddə 160, ¹ 7, maddə
519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə
485, ¹ 10, maddə 840, ¹ 11, maddə
939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə
985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr
508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr
1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr
1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr
1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr
603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr
15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə
849, ¹ 6, maddə 1014, ¹ 10, maddə
1605, ¹ 11, maddələr 1753, 1776, 1780,
1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3,
maddələr 337, 341, ¹ 5, maddə
742, ¹ 6, maddə 1028, ¹ 7, maddə
1308, ¹ 8, maddə 1506, ¹ 12 (I kitab), maddə 2265; 2018, ¹
3, maddə 405, ¹ 4, maddələr
639, 647, ¹ 6, maddələr 1186, 1194, ¹ 7, maddələr 1415, 1444, ¹ 8, maddə
1675, ¹ 12 (I kitab), maddə
2489; 2019, ¹ 1, maddə 45; Azərbaycan
Respublikasının 2019-cu il
19 fevral tarixli 1508 nömrəli, 29 mart tarixli
1550-VQD və 1552-VQD nömrəli
qanunları) 22.0.19-cu maddəsində
"təbabəti” sözü
"xidməti” sözü
ilə əvəz edilsin.
Maddə 4. "Baytarlıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 682; 2007, ¹ 12, maddə 1218; 2008, ¹ 2, maddə
49, ¹ 5, maddə 344; 2009, ¹ 12, maddələr 948, 968; 2014, ¹ 10, maddə 1151; 2018, ¹ 4, maddə
640, ¹ 12 (I kitab), maddə
2490) aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı
məzmunda 6.0.8-1-ci və
7.1-1-ci maddələr əlavə
edilsin:
"6.0.8-1. epizootiya
monitorinqinin aparılması
qaydasını müəyyən
etmək;”;
"7.1-1. Dövlət
baytarlıq xidməti
aşağıdakıları əhatə edir:
7.1-1.1. heyvandarlıqda
istehsalın və məhsuldarlığın artırılması
sahəsində xidmətlərin
həyata keçirilməsini;
7.1-1.2. heyvan xəstəliklərinin profilaktikası,
diaqnostikası, müalicəsi
və ləğvi ilə bağlı xidmətlərin təşkili
və göstərilməsini;
7.1-1.3. heyvanların
sağlamlığının qorunması ilə bağlı tədbirlərin
görülməsini, heyvan
xəstəliklərinin baş
verməsinin və yayılmasının qarşısının
alınması üçün
dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını;
7.1-1.4. xüsusi təhlükəli xəstəliklərə
qarşı baytarlıq
preparatlarının ehtiyatının
yaradılmasını, büdcə
vəsaiti hesabına alınmış baytarlıq
preparatlarının, o cümlədən
onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü,
saxlanmasını, daşınmasını
və istifadəsini;
7.1-1.5. epizootiya əleyhinə hazırlanan
tədbirlər planına
dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin
görülməsini.”;
4.2. 11-ci maddə
üzrə:
4.2.1. 11.1-ci maddəyə
"dair” sözündən
sonra "(dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçirilmiş yüklər
(mallar, məhsullar) üzərində baytarlıq
nəzarəti ilə
bağlı tədbirləri
isə gömrük orqanları ilə birlikdə)” sözləri
əlavə edilsin;
4.2.2. 11.2.8-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
11.2.9 - 11.2.12-ci maddələr əlavə edilsin:
"11.2.9. baytarlıq preparatlarının
aprobasiyasını, ekspertizasını,
sınağını, dövlət
qeydiyyatına alınmasını
və dövlət reyestrinin aparılmasını;
11.2.10. heyvan
mənşəli məhsulların
və xammalın baytarlıq (baytarlıq-sanitariya)
ekspertizasını;
11.2.11. dövlət
baytarlıq nəzarətinə
cəlb edilən məhsulların istehsalı,
tədarükü, saxlanması,
emalı və satışı, habelə
daşınması ilə
bağlı dövlət
baytarlıq nəzarəti
obyektlərinin yerləşdirilməsinə,
tikintisinə, bərpasına
və istismara verilməsinə rəy verilməsini;
11.2.12. dövlət
baytarlıq nəzarətində
olan yüklərin baytarlıq sənədlərinin
yoxlanılmasını və
onlara baxış keçirilməsini.”;
4.3. 13.1.5-ci maddəyə
"ödənilməklə” sözündən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən” sözləri
əlavə edilsin;
4.4. 14.1-ci maddənin
birinci cümləsinə
"qaydada” sözündən
sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) (dövlət sərhədinin buraxılış
məntəqələrində istisna olmaqla)” sözləri əlavə
edilsin;
4.5. 15-ci maddə
üzrə:
4.5.1. 15.1-ci maddəyə
"tranziti” sözündən
sonra "(dövlət
sərhədinin buraxılış
məntəqələrində istisna olmaqla)” sözləri əlavə
edilsin;
4.5.2. 15.2.3-cü maddəyə
"keçirilməsini” sözündən
sonra "(dövlət
sərhədinin buraxılış
məntəqələrində istisna olmaqla)” sözləri əlavə
edilsin;
4.6. 16.2-ci maddəyə
"nəzarətini” sözündən
sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
4.7. 19.0.5-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"19.0.5. istifadəsində olan
heyvanların identikləşdirilməsini
(kodlaşdırılmasını) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını
təmin etmək;”;
4.8. 21-ci maddə
üzrə:
4.8.1. 21.1-ci maddəyə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Heyvanlarda xüsusi təhlükəli
xəstəliklər aşkar
edilərsə və ya belə xəstəliklərin
baş verməsi təhlükəsi yaranarsa,
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) bu barədə dərhal məlumatlandırılır.”;
4.8.2. 21.2-ci maddənin
birinci cümləsinə
"qərarı ilə”
sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən” sözləri
əlavə edilsin;
4.8.3. 21.4-cü maddəyə
"qanunla müəyyən
edilmiş qaydada” sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) qərarı ilə” sözləri əlavə
edilsin;
4.8.4. 21.5-ci maddənin
birinci cümləsinə
"məqsədilə” sözündən
sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə” sözləri
əlavə edilsin;
4.9. 24.1-ci maddəyə
"qanunla müəyyən
olunmuş qaydada” sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən” sözləri
əlavə edilsin;
4.10. 26-cı maddə
üzrə:
4.10.1. adı
aşağıdakı redaksiyada
verilsin:
"Heyvanların
identikləşdirilməsi (kodlaşdırılması) və
heyvanlar üçün
yem və bioloji preparatlar istehsalı obyektlərinin
qeydiyyatı”;
4.10.2. 26.2-ci maddədə
"Dövlət baytarlıq
nəzarətində olan
məhsulların istehsal,
tədarük (kəsim),
emal, saxlanma və satış obyektlərinin, bazarların
və digər baytarlıq nəzarəti
obyektlərinin” sözləri
"Heyvanlar üçün
yem və bioloji preparatlar istehsalı obyektlərinin”
sözləri ilə əvəz edilsin;
4.11. 36-cı maddə
üzrə:
4.11.1. 36.1-ci maddədə
"müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
4.11.2. 36.3-cü maddəyə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər
törədiciləri ştammlarının
Milli Kolleksiyada saxlanmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən razılıq verilir.”;
4.11.3. aşağıdakı
məzmunda 36.6-cı maddə
əlavə edilsin:
"36.6. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) baytarlıq sahəsində elmi tədqiqatların təşkili
və nailiyyətlərinin
tətbiqi məqsədilə
tədbirlər həyata
keçirir.”;
4.12. 38-ci maddə
ləğv edilsin;
4.13. 39-cu maddə
üzrə:
4.13.1. 39.2-ci maddədə
"aşağıdakı tədbirlər” sözləri
"aşağıdakı baytarlıq xidməti və nəzarəti tədbirləri” sözləri
ilə əvəz edilsin;
4.13.2. 39.2.2-ci maddədə
", heyvandarlıq müəssisələrinin,
bazarların, dövlət
baytarlıq nəzarətində
olan yüklərin istehsalı, tədarükü,
saxlanması, emalı
və satışı
yerlərinin, həmçinin”
sözləri "və”
sözü ilə əvəz edilsin;
4.13.3. aşağıdakı
məzmunda 39.5-ci maddə
əlavə edilsin:
"39.5. Bu Qanunun
39.2-ci maddəsində nəzərdə
tutulmuş baytarlıq
xidməti və nəzarəti tədbirlərinə
("Dövlət rüsumu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
tədbirlər istisna
olmaqla) görə alınan xidmət haqqının məbləği
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.”.
Maddə 5. "Ekoloji
təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 8, maddə
700; 2013, ¹ 3, maddə 206, ¹ 11, maddə 1293; 2014, ¹ 11, maddə
1367; 2016, ¹ 7, maddə 1238; 2017, ¹ 5, maddə 714) 6.0.4-cü maddəsində
"təbabətində” sözü
"xidmətində” sözü
ilə əvəz edilsin.
Maddə 6. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 632, ¹ 12, maddələr 2017, 2036; 2017, ¹ 4, maddə 520, ¹ 5, maddə 743; 2018, ¹ 6, maddə 1187; 2019, ¹ 1, maddə 28; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 1 nömrəli əlavə - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 20-ci maddəsində "təbabəti” sözü "xidməti” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun
2019-cu il
Azərbaycan.- 2019.-3 avqust.- S.2.