Regionlar davamlı yüksəlişdədir

 

Prezident İlham Əliyevin yeni inkişaf strategiyası bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşmasına hərtərəfli tərəqqiyə yol açıb

 

Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal sosial infrastruktur obyektlərinin yaranması, yeni yerlərinin açılması ilə nəticələnib. 3 Dövlət Proqramının uğurla icrası bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin son 16 ildə dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü tədbirlər bölgələrin simasını büsbütün dəyişib. Halbuki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının icrasına başlayan Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Buna baxmayaraq, ölkə rəhbəri heç bir sosial layihəni təxirə salmadı. Bu gün həm bölgələrin yüksəlişi, həm Azərbaycanın 49 milyard dollar valyuta ehtiyatlarına sahib olması uğurdan, tərəqqidən xəbər verir.

Ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Artıq ölkəmizdə dövrün tələblərinə uyğun olaraq çoxşaxəli ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür. Başqa sözlə, biznes-investisiya mühiti yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir. Təkcə bu ilin ötən dövründə 592 sahibkara ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manat güzəştli kredit verilib. Həmin investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni yerinin yaradılmasına imkan yaradıb.

İcrası başa çatan dövlət proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirib. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Bir sözlə, 3 dövlət proqramının icrası nəticəsində bölgələrin siması büsbütün dəyişdi. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verildi. Sənaye park məhəllələri, aqroparklar, fabrik zavodların açılışı vaxtı ilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən rayonlara qaytardı. İndi həmin müəssisələrdə yüzlərlə insan çalışır.

Hər il olduğu kimi, bu il Prezident İlham Əliyev regionlara səfərlər edərək görülən işlərlə yerində tanış olub, neçə-neçə sosial infrastrukturların açılışını edib əhali ilə görüşərək problemləri ilə maraqlanıb.

Dövlət başçısı bu il Beyləqanda, Ağsuda, Qobustanda, 2 dəfə Şamaxıda, 2 dəfə Sumqayıtda olub. Sumqayıtda "SOCAR karbamidzavodunun, "SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun, Beyləqanda əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin, Beyləqan Olimpiya İdman Kompleksinin, Qobustan Rayon Mərkəzi Xəstəxanasının, "Azərxalça” ASC-nin Qobustan regional yun boyaq bitkilərinin tədarükü məntəqəsinin, Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının, Mingəçevir - Stansiya Mingəçevir - Bəhrəmtəpə - Beyləqan Qobustan - Poladlı avtomobil yolunun açılışlarında iştirak edib, əhali ilə səmimi görüşlər keçirib.

Bu il fevralın 5-6-da şimal bölgəsində baş verən təbii fəlakət Şamaxı, Ağsu İsmayıllı rayonlarına ciddi ziyan vurdu.

Ölkə rəhbəri zəlzələnin fəsadlarının tez bir zamanda aradan qaldırılması ilə bağlı sərəncam imzaladı, bir gün sonra Şamaxıya gedib evi dağılan insanlara böyük təsəlli verdi. Dövlət başçısı bəyan etdi ki, qəzalı duruma düşən bütün mənzillər sökülərək yerində yeni, daha yaxşı evlər tikiləcək. Bir ay sonra, mart ayında yenidən Şamaxı Ağsuya səfər edərək bir neçə sakinin yeni mənzilinə baş çəkdi. Zəlzələdən əziyyət çəkən sakinlər üçün binaların tikilməsi ilə bağlı sərəncam imzaladı.

Ağsuda vətəndaşları dinləyib qəbul etdiyi bütün məktubların diqqətlə nəzərdən keçiriləcəyini söylədi. Bu, dövlət başçısının daim xalqın yanında olduğunu, onun problemlərinin həlli üçün daim çalışdığını təsdiqlədi.

Hər səfərində əhali ilə səmimi görüşlər keçirən, insanları səbirlə, təmkinlə dinləyən dövlət başçısı Beyləqan səfərində vətəndaşlarla birgə "Azərbaycanımmahnısını da ifa etdi. Cənab İlham Əliyevin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, xalqın arzu təkliflərinə, istəklərinə vaxtında cavab verməsi hər kəsi qürurlandırır.

Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb.

Bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb.

Hazırda regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası uğurla davam etdirilir. Bu sənədin tərkibi əsasən yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Dövlət başçısının bölgələrə çoxsaylı səfərləri vətəndaşlarla söhbətləri çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri nəzərə alınır, bölgələrdə bir çox layihələr məhz onların təklifləri əsasında reallaşır.

Dördüncü dövlət proqramında kənd təsərrüfatı sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Bununla yanaşı, kənd təsərrüfatının subsidiyalaşdırılması vergilərdən azad olunması, texnika gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə daim diqqət göstərildiyini təsdiqləyir.

İlkin hesablamalara görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Bir sözlə, dövlətin regionların inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verir.

İyulun 31-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahəyə aid müşavirədə dövlət başçısı bu sənədi çox genişmiqyaslı proqram adlandırıb: "Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır Azərbaycan bu baxımdan yenə ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir bu il bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.

Nəzərdə tutulan sosial infrastruktur layihələrinə gəlincə isə Prezident vurğulayıb ki, bu il onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən qurulacaq, yaxud da əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya idman kompleksləri inşa olunacaq. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı da konkret proqramlar, planlar var bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-4 avqust.- S.1-2.