185 ölkədən 1,4 milyon turist
Bu ilin
ilk 6 ayında Azərbaycana
gələn əcnəbi
vətəndaşların sayı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
6,5 faiz artıb
Turizm bir sıra ölkələrin
milli gəlirlərinin
formalaşmasında əsas
sahələrdən birini
təşkil edir. Son dövrlərdə isə
turizmin çoxlu sayda yeni marşrutları
və növləri meydana çıxıb.
Bunun nəticəsidir ki, hazırda turizmin inkişafı, daha çox turistin cəlb olunması yerləşmə coğrafiyasından
asılı olmayaraq dünyanın bir çox ölkələri
tərəfindən təşviq
olunur.
Hazırda dövlətlərin iqtisadi
potensialı digər makroiqtisadi göstəricilərlə
yanaşı, həm də turizmin inkişaf səviyyəsi ilə ölçülür. Turizmin əhəmiyyətli
sahə kimi nəzərdən keçirilməsi
onun təkcə mənfəətli iqtisadi
fəaliyyət növü
olması ilə şərtlənmir. Müasir dövrdə
turizmin inkişafı
həm də təbliğati-siyasi mahiyyət
daşımaqla hər
bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, çoğrafi
resurslarını, mövcud
imkanlarını, mədəniyyətini
təbliğ etmək,
tanıtmaq vasitəsinə
çevrilib.
Azərbaycan tarixən turizm baxımdan əlverişli
məkan kimi fərqlənib. Ölkəmizin Şərqlə Qərbi birləşdirən əlverişli
coğrafiyada yerləşməsi,
fərqli mədəniyyətləri
və dünyagörüşlərini
bir araya gətirən tolerant dövlət
kimi tanınması,
800 kilometrdən artıq
məsafədə dənizsahili
zonaya, 12 iqlim qurşağından 9-na malik
olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri,
zəngin folklor nümunələri respublikamızın
böyük turizm potensialından xəbər
verir.
Təsadüfi deyil ki, bu
potensialdan səmərəli
istifadə edilməsi
Azərbaycanda dövlət
siyasətinin ayrılmaz
tərkib hissəsinə
çevrilməklə iqtisadi
tərəqqi və yüksəlişin mühüm
amili kimi nəzərdən keçirilir.
Fərəhli haldır
ki, ölkəmizin mövcud turizm potensialının beynəlxalq
aləmdə tanıdılması,
turistlərin Azərbaycana
səfərlərinin təşkili,
turizmin müxtəlif
növlərinin inkişafı,
turizm sahəsində sahibkarlığın inkişaf
etdirilməsi, müasir
turizm infrastrukturunun yaradılması sahəsində
məqsədyönlü işlər
görülüb. Onlardan biri
turizmin inkişafına
təkan verən böyük layihələrin
həyata keçirilməsidir.
Demək
olar ki, respublikamızın bölgələrindəki
bütün hava limanları müasir standartlar səviyyəsində
yenidən inşa olunub və hər biri beynəlxalq
status daşıyır. Eyni zamanda ölkəmizdə nəinki beynəlxalq əhəmiyyətli avtomobil
yolları, o cümlədən
rayonlararası, kəndlərarası
şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış
ünvanlarına yeni yollar çəkilib.
Azərbaycanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastrukturu
formalaşıb. İndi Bakı ilə
yanaşı, digər
bütün şəhərlərdə,
əksər rayonlarda beşulduzlu, dördulduzlu
mehmanxanalar fəaliyyət
göstərir. Bu gün Azərbaycana gələn hər bir xarici turist
büdcəsinə uyğun
istirahət məkanı
seçməkdə hər
hansı çətinliklə
üzləşmir.
Bütün bunların
nəticəsidir ki, artıq 2018-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyon
nəfərə çatıb.
Xatırladaq ki, bu, 2017-ci illə müqayisədə 153 min və
ya 5,7 faiz
çoxdur.
Əlbəttə, Azərbaycanın turizm imkanlarının və potensialının təbliğində,
xarici turistlərin sayının dinamik artımında mühüm
rol oynayan vasitələrdən biri də ölkəmizin beynəlxalq tədbirlər
məkanına çevrilməsidir. Ölkəmiz bu gün mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bununla yanaşı,
Azərbaycan mühüm
siyasi, iqtisadi, idman və digər
səpkili beynəlxalq
tədbirlərə evsahibliyi
edir. Elə bu günlərdə Bakıda start götürən
"Bakı 2019” XV Avropa
Gənclər Yay Olimpiya Festivalı da paytaxtımızın imicini daha da
yüksəldən mühüm
tədbirdir. Avropa Gənclər Yay
Olimpiya Festivalı da Azərbaycanın dünyada təbliğində
də mühüm rol oynayır. Bütün bunlar nəticə etibarilə ölkəmizə
gələn xarici turistlərin sayının
artmasına təsir göstərir.
2019-cu ilin
birinci yarısının
göstəriciləri ölkəmizə
gələn xarici turistlərin sayının
artımı baxımından
kifayət qədər
uğurludur. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən,
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən
1 milyon 410,7 min nəfər
əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə
6,5 faiz çoxdur.
Ən çox xarici vətəndaş isə Rusiya Federasiyasından gəlib:
29,4 faiz. Digər gələnlərin
24,3 faizi Gürcüstan,
10,5 faizi Türkiyə,
7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri,
2,4 faizi Səudiyyə
Ərəbistanı, hər
birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük
Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi müxtəlif ölkələrin
vətəndaşları olub.
Gələnlərin 68 faizini kişilər,
32 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-iyun
aylarında gələnlərin
sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz),
Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı
(76,7 faiz), Macarıstan
(52,4 faiz), Böyük
Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları
arasında qeydə alınıb. Bu dövrdə
Avropa İttifaqına
üzv ölkələrdən
gələnlərin sayı
24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən
gələnlərin sayı
isə 5 faiz artaraq 502,5 min nəfər
olub. Gələn əcnəbilərin 59 faizi
dəmir yolu və avtomobil, 40,2 faizi hava,
0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Turizm iqtisadi inkişafı şərtləndirən mühüm
istiqamətlərdən biridir
və iqtisadiyyatımıza
əlavə gəlirlərin
daxil olması baxımından həlledici
rol oynayır. Son illər həyata keçirilən yeni iqtisadi islahatlar bu sahənin də inkişafına, turizm sənayesinin potensialının gücləndirilməsinə
yeni perspektivlər açır. Həyata
keçirilən tədbirlər
heç şübhəsiz,
ölkəmizdə turizmin
inkişafında yeni mühüm nəticələr
əldə olunmasına,
əlverişli coğrafi
mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili
sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə
dünyanın populyar
turizm mərkəzlərindən
biri kimi fərqlənməsinə öz
töhfəsini verəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.-4 avqust.- S.1; 4.