Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə Görüşünün
keçirilməsinə dair Tədbirlər
Planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Zirvə Görüşünün keçirilməsi üzrə İşçi qrupu yaradılacaq. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək
ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə Görüşü
oktyabrın 14-15-də Bakıda keçiriləcək.
Azərbaycan.-
2019.- 6 avqust.- S.1.