Kredit ittifaqları haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq, "Kənd təsərrüfatı kooperasiyası
haqqında Azərbaycan
Respublikası Qanununun
icrası ilə əlaqədar qərara alır:
"Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 7, maddə
485; 2001, ¹ 12, maddə 736; 2010, ¹ 10, maddə 839; 2016, ¹ 3, maddə
408; 2019, ¹ 1, maddə 32) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci maddəyə
aşağıdakı məzmunda
4-cü hissə əlavə
edilsin:
"4. "Kənd
təsərrüfatı kooperasiyası
haqqında Azərbaycan
Respublikasının Qanunu
ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları
kredit kooperativlərinə
də şamil olunur..
2. 2.1-ci maddəyə
"bu Qanundan sözlərindən əvvəl
"Azərbaycan Respublikasının
Mülki Məcəlləsindən,
"Bank olmayan kredit təşkilatları haqqında
Azərbaycan Respublikasının
Qanunundan, sözləri
əlavə edilsin.
3. 3-cü maddəyə
aşağıdakı məzmunda
2-ci hissə əlavə
edilsin:
"2. Kredit
ittifaqının hüquqi
və fiziki şəxslərdən əmanət
(depozit) cəlb etməsi qadağandır..
4. Aşağıdakı
məzmunda 18-1-ci maddə
əlavə edilsin:
"Maddə
18-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması
Kredit ittifaqlarının
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması
ilə bağlı fəaliyyəti "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq tənzimlənir..
5. 20-ci maddənin
2-ci hissəsinə "mislindən
sözündən sonra
"(kredit kooperativinin
üzvü istisna olmaqla) sözləri əlavə edilsin.
6. Mətn üzrə ismin müvafiq hallarında
"xüsusi razılıq
sözləri ismin müvafiq hallarında
"lisenziya sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 iyun 2019-cu il
Azərbaycan.- 2019.-7 avqust.-
S.1.