Dövlət idarəçiliyi sisteminin
təkmilləşdirilməsi daim diqqət
mərkəzində saxlanılır
Pirallahı
rayonunda böyük quruculuq və abadlıq işləri
aparılır
Avqustun 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verdi.
Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyevin "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.
Yeni binada yaradılan şərait ölkədə
dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin
daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan
başqa, müasir
memarlıq üslubunda inşa
olunan bu bina rayonun görkəminə
də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında
genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə
quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və
gül-çiçək əkilib, yaşıllıq
zolağı salınıb.
Azərbaycan.-
2019.- 8 avqust.- S.1.