Gənclər Mərkəzi istifadəyə verilib
Avqustun 7-də Pirallahı rayonunda
yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə
verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mərkəzin
açılışında iştirak ediblər.
Dövlətimizin
başçısı İlham Əliyev binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, "bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.
Azərbaycanda gənclər
siyasətinin formalaşdırılması, yeni
inkişaf mərhələsinə qədəm
qoyması ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə
gənclər siyasəti 2003-cü ildən sonra
yeni müstəvidə davam
etdirilir. Dövlətimizin
başçısının rəhbərliyi ilə həyata
keçirilməkdə olan "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu baxımdan çox mühüm rol oynayır.
Azərbaycan.-
2019.- 8 avqust.- S.1.