YAP Pirallahı Rayon Təşkilatının
yeni inzibati
binasının açılışı olub
Avqustun 7-də YAP Pirallahı Rayon
Təşkilatının yeni inzibati binasının
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva açılışda iştirak
ediblər.
Dövlətimizin
başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.
Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının
da rolu böyükdür.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün
bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir,
həmçinin şəhər və rayonların gözəlliyinə
əlavə rəng qatır.
Azərbaycan.-
2019.- 8 avqust.- S.2.