İki sosial paket - 5,2 milyard
manat
Prezident İlham
Əliyevin böyük
islahatları dayanıqlı
iqtisadiyyatın effektivliyinin
və dövlətin yüksələn qüdrətinin
təzahürüdür
İlin əvvəlindən başlayaraq
ölkəmizin sosial-iqtisadi
sferasında köklü
və sistemli dəyişikliklərə başlanılıb. Əhalinin layiqli
həyat səviyyəsini
təmin etmək və sosial rifahını yüksəltmək
isə dövlətin
inkişaf konsepsiyasının
prioritetlərindəndir.
Prezident İlham Əliyevin son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı sərəncam
və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə
görə inqilabi qərarlardır. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların
nəticəsi, digər
tərəfdən isə
İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə
vətəndaşlarının xoş gələcəyinə
hesablanmış qətiyyətli
siyasətin təzahürüdür.
İyulun 31-də dövlət başçısının yanında
keçirilən sosial-iqtisadi
müşavirədə aparılan
müzakirələr, səslənən
fikirlər bir daha göstərdi ki, ölkəmizdə inkişaf kompleks xarakter daşımaqla, bütün sahələri
əhatə edir.
Belə ki, iqtisadiyyatda, kənd təsərrüfatında, ticarət
dövriyyəsində, büdcə
daxilolmalarında və
s. istiqamətlərdə göstəricilərdə
ciddi artımlar iqtisadi siyasətin düzgün, uğurla həyata keçirildiyinə
dəlalət edir. Xüsusilə əhalinin sosial
təminatının daha
da yaxşılaşdırılması
istiqamətində atılan
hər bir addım bu gün
öz bəhrəsini
verməkdədir. Məhz bu
gerçəkliyin özü
xalqın dövlətə
olan etimadına, o cümlədən dövlətin
xalqa arxalanması amilinə çox böyük stimul verir.
Uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin
həcmini artırmaqla,
insanların sosial-iqtisadi
rifahının daha da yüksəldilməsinə,
kompleks sosial paketlərin həyata keçirilməsinə imkan
verir. Bu da
bir daha göstərir ki, dövlət idarəetməsində,
genişmiqyaslı islahatların
həyata keçirilməsinin
mərkəzində insan
amili, sosial rifahın yüksəldilməsi
dayanır.
Hələ 2018-ci ilin sonlarında qarşıdan gələn
dövrdə əhalinin
sosial durumunun daha da yüksəldilməsinin
prioritet təşkil edəcəyini bəyan edən cənab İlham Əliyev hər zamankı kimi sözünə, əməlinə sadiqliyini
nümayiş etdirdi.
Prezidentin iki böyük sosial islahat paketi xalq tərəfindən
çox yüksək
dəyərləndirildi. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin
artırılmasını təmin
etdi və mühüm sosial məsələlərin həllinə
1.6 milyard manat yönləndirildi. İkinci
paketin icrası ilə bağlı hazırlıq işləri
tamamlanıb və sentyabrın 1-dən minimal əmək
haqqının 250 manata
çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının
20-50 faiz artırılması,
750 min pensiyaçıya verilən
vəsaitin oktyabrın
1-dən yüksəldilməsi nəzərdə tutulub. Hər iki paketin
ümumi məbləği
cari il üçün
2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon vətəndaşın
əhatə edilməsini
və 5.3 milyard manatın sərf olunmasını nəzərdə
tutur.
Sosial sahə üzrə görülən işlər
bir tərəfdən
Azərbaycan dövlətinin
gücünü, digər
tərəfdən isə
Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan
islahatların yüksək
praktiki nəticələr
verdiyini göstərir.
Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya
72 faiz artdığından
ölkəmiz minimal pensiya
üzrə alıcılıq
qabiliyyətinə görə
MDB-də birinci olacaq. Minimal əməkhaqqının
250 manata çatdırılmasından
sonra isə Azərbaycan bu göstərici üzrə
MDB-də ikinci sırada qərarlaşacaqdır.
Bundan başqa,
müavinətlərin və
təqaüdlərin artırılması
300 min əlilliyi olan şəxsi, 500 min məcburi
köçkünü, 100 mindən artıq tələbəni, ümumilikdə
1.3 milyon insanı əhatə etmişdir. Ən əsası, bu addımlar aztəminatlı
təbəqəni əhatə
etməklə bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edir.
Əgər diqqət etsək aydın görərik ki, son 3 ayda elə bir sahə
yoxdur ki, maaşlarda, sosial müavinətlərdə, təqaüdlərdə
artımlar edilməsin.
Onu da əlavə edək ki, dövlət
başçısının digər təşəbbüsü
sosial sığorta sahəsində böyük
irəliləyişi təmin
edib. Belə ki, 2006-2018-ci illərdə
sığortaya hətta
cüzi məbləğ
ödəyənlərə belə 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində yanvarın 1-dən heç
bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub.
Prezident İlham Əliyev bununla da qənaətlənməyərək
məşğulluq proqramı
üzrə görülən
işlərin sürətləndirilməsini
tələb edib. Ötən
il bu
proqram 6 min ailəni əhatə edib, bu il isə
əlavə vəsaitlərin
cəlb olunması nəticəsində 10 min ailənin
əhatə olunması
nəzərdə tutulub.
Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri
ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında
götürdüyü öhdəliklərə
sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük
etimad göstərərək
mandat verdiyi hakimiyyət fəaliyyəti
ilə daim ictimai maraqları doğruldur, hər bir vətəndaşın
mənafeyinə hesablanan
siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə
böyük rəğbət
qazanır.
Bu gün
Azərbaycanın dünyaya
səs salan və yüksək səviyyədə təqdir
olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki,
bu uğurlara yol açan əsas faktor təkmil islahatlar, zamanın tələbinə
uyğun yeniləşmə,
dünyanın qabaqcıl
ölkələrinin təcrübəsinə
istinad etməkdir.
Sistemli xarakter daşıyan islahatların nəticəsi
olaraq Azərbaycan bu gün beynəlxalq
aləmdə həm də sosial dövlət kimi tanınır. Atılan addımlar
Prezident İlham Əliyevin çoxşaxəli
sosial siyasətinin təzahür formalarının
yalnız bir hissəsidir. Görünən
odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması
üçün dövlət
başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq və 2019-cu il Azərbaycan
tarixinə sosial islahatlar ili kimi düşəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 9 avqust.-
S.1; 3.