Bir mahalın
ulu tarixi, acı taleyi
İrəvan xanlığının
Pəmbək mahalında
təkcə bir kənddə törədilənlər
daşnakların iç
üzünü bir daha açıb ortaya qoyur
XX əsrin
bəlkə də ən böyük bəlası "böyük
Ermənistan” xülyasının
gerçəkləşdirilməsi üçün hayların
törətdikləri amansızlıqlar
oldu. Bu çirkin ideologiyanın törətdiyi
fəsadlar obyektiv mühakimə qabiliyyəti
olan, mütərəqqi
düşüncəli hər
kəsə məlumdur.
Əslində, "böyük Ermənistan” adlı coğrafi məkanın və erməni etnosunun hazırkı haylara heç bir aidiyyəti yoxdur. Eramızdan əvvəl
Balkanlardan Ön Asiyaya, sonradan isə məqsədyönlü
şəkildə Qafqazın
cənub bölgəsinə
yerləşdirilən haylar
bu ərazilərin yerli əhalisinin tarixini (bu gün
də davam etdirilir), dilini, mədəniyyətini, incəsənətini,
mətbəxini belə
mənimsədilər. Həmçinin buradakı mədəni
və siyasi toponimləri də "özününküləşdirərək”,
özlərini onların
varisləri kimi təqdim edərək dünyaya yalan söyləməkdən çəkinmədilər.
Bu çirkin və bəd niyyəti sonrakı dövrlərdə inkişaf
etdirərək etnoideoloji
səviyyəyə qaldıran
ermənilər beynəlxalq
aləmi həmin ekstremal ideologiyaya inandırmağa cidd-cəhdlə
səy göstərdilər,
hətta müəyyən
mənada buna nail də oldular.
Geniş oxucu auditoriyasına çıxarılan,
pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim,
tədqiqatçı-jurnalist Yusif Qazıyevin illərdən bəri gərgin axtarış və vətəndaşlıq
qayəsi ilə toplayıb araya-ərsəyə
gətirdiyi "İrəvan
xanlığının Pəmbək
mahalında Arçut
kəndi” (784 səhifə)
ensiklopedik topluda, əslində, daşnakların
yalnız bir kəndin timsalında deyil, ümumiyyətlə,
tarixi türk
torpaqlarında törətdiyi
vəhşilik və amansızlıqlar real faktlarla
öz əksini tapıb. Daha doğrusu, kitabın
annotasiyasında da qeyd edildiyi kimi,
toplu məlum 1988-ci ildə daşnakların həyata keçirdiyi azərbaycanlıların deportasiyası
nəticəsində öz
dədə-baba torpaqlarından
didərgin salınmış
Arçut (Ardıc) kəndinin tarixi coğrafiyası və ardıclıların acı
taleyi haqqındadır.
Kitabda Qafqazda çox məşhur olmuş bu kəndin qədim keçmişi, orada yaşamış türk tayfalarının həyat tərzi, məişəti, xüsusilə
(sovet dövrü), coğrafiyası, folkloru...
barədə zəngin
materiallar toplanıb. Təbii ki,
burada daşnakların
vaxtilə törətdiyi
faciələr, çar
Rusiyası və sovet hakimiyyətinin yürütdüyü ayrı-seçkilik
siyasəti daha çox öz ifadəsini tapıb.
Toplu yalnız müəllifin düşüncə və
ya eşidib-bildikləri,
yaxud vaxtilə dövri mətbuatda dərc etdirdiyi məqalələrdən ibarət
deyil. Kitab ensiklopedik xarakterli
olsa da, yeri gəldikcə, müəllif haşiyələrlə
İrəvan xanlığının
tarixindən başlayaraq
onun yadellilərin çirkin siyasi oyunlarının qurbanına
çevrilməsi, son taleyi,
həmçinin ardıclıların
düşmənlə mübarizəsinədək
bir-birindən dəhşətli
faktları da oxucuya təqdim edir.
Özlərinin kimliyini, haradan gəlib hara getdiklərini başqa xalqlardan daha yaxşı bilən ermənilərin də fikirlərindən istifadə
kitaba marağı artırır. Movses Xorenatsi yazır: "Biz (yəni "haylar”), kiçik, azsaylı, zəif və çox hallarda özgələrinin hakimiyyəti
altında yaşayan xalqıq”. Xaçatur Abovyan isə bir az da irəli gedib:
"Heç bir dil mənim öz dilim kimi
bu qədər çətin olmamışdır”,
- deyib.
Kitabda bir kəndin timsalında nəinki ardıclıların, bütövlükdə
pəmbəklilərin məişətindən
tutmuş şivə və ləhcələrinədək
materiallar (sözlük)
da verilir. Ardıclılar öz nəsilləri, tayfaları, törəmə
və şəcərələri
barədə də burada məlumat almaq imkanı qazanıblar. Bir sözlə,
qədim Azərbaycan ərazilərində yaşamış
tayfaların tarixində
hələ yazılmamış
qatlar qalmaqdadır.
M.NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 9 avqust.- S.5.