Azərbaycan Respublikasının Vergi
Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci və 25-ci bəndlərini
rəhbər tutaraq,
"Hesablama Palatası
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə 1, ¹11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab),
maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il
29 mart tarixli 1542-VQD, 1551-VQD nömrəli, 9 aprel tarixli 1559-VQD, 1562-VQD nömrəli,
3 may tarixli 1575-VQD, 1577-VQD və
1584-VQD nömrəli qanunları)
30.6.10-cu maddəsinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və həmin Məcəlləyə aşağıdakı
məzmunda 30.6.11-ci maddə
əlavə edilsin:
"30.6.11. "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin
həyata keçirilməsi
məqsədilə Azərbaycan
Respublikasının Hesablama
Palatasına.”.
Maddə 2. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹11, maddələr 1964, 1966, 1969,
1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374, 389; Azərbaycan
Respublikasının 2019-cu il
5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli,
29 mart tarixli 1534-VQD, 1538-VQD və 1549-VQD nömrəli,
9 aprel tarixli 1558-VQD,
1561-VQD və 1562-VQD nömrəli,
3 may tarixli 1577-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 43.2-ci maddədə
"54.2-ci maddəsində” sözləri "43.2-1-ci və
54.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı
məzmunda 43.2-1-ci maddə
əlavə edilsin:
"43.2-1. Bu Məcəllənin
547-ci maddəsində nəzərdə
tutulan inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama
Palatası tərəfindən
tərtib edilir.”;
2.3. 547-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"Maddə
547. Hesablama Palatası haqqında qanunvericiliyin pozulması
547.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqların
aradan qaldırılması,
dövlətə dəyən
zərərin ödənilməsi
və şəxslərin
məsuliyyətə cəlb
edilməsi məqsədi
ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə
və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə
göndərilmiş Azərbaycan
Respublikası Hesablama
Palatasının qərarlarının
əsassız icra edilməməsinə görə
-
vəzifəli şəxslər
üç yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
547.2. Azərbaycan
Respublikası Hesablama
Palatasının qərarları
kənar dövlət
maliyyə nəzarətinin
obyekti tərəfindən
əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə
olunan xərc maddələri istisna olmaqla) əməliyyatların
dayandırılması barədə
Azərbaycan Respublikası
Hesablama Palatasının
təqdimatının xəzinə
orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə
-
vəzifəli şəxslər
üç yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
547.3. Kənar dövlət maliyyə nəzarəti tədbirləri
ilə əlaqədar
Azərbaycan Respublikası
Hesablama Palatasının
fəaliyyətinə mane olma,
yəni:
547.3.1. Azərbaycan
Respublikası Hesablama
Palatasının əməkdaşlarının
kənar dövlət
maliyyə nəzarəti
obyektlərinə daxil
olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin
aparılmasına maneçilik
törədilməsinə;
547.3.2. elektron
informasiya sistemlərinə
çıxış imkanlarının
yaradılmamasına və
ya buna maneçilik
törədilməsinə;
547.3.3. kənar dövlət maliyyə nəzarəti obyektləri
tərəfindən Azərbaycan
Respublikası Hesablama
Palatasının sorğularının
tələb olunan qaydada cavablandırılmamasına,
zəruri məlumatların
və sənədlərin,
habelə "Hesablama
Palatası haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
vəzifələrin həyata
keçirilməsi məqsədi
ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə
aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların
vaxtında və tələb olunan səviyyədə təqdim
edilməməsinə və
ya gecikdirilməsinə,
yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;
547.3.4. dövlət
büdcəsinin və
büdcədənkənar dövlət
fondlarının büdcələrinin
icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının
vaxtında təqdim edilməməsinə, hesabatlarda
informasiya və göstəricilərin tam və
ya düzgün əks etdirilməməsinə
görə -
vəzifəli şəxslər
dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər
min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyun
2019-cu il
Azərbaycan.-
2019.-11 avqust.- S.2.