Milli-mənəvidəyərlər xalqın ən qiymətli sərvətidir

 

"Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlamsaf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Ulu Öndər Heydər Əliyevin bu müdrik fikirləri bir daha təsdiq edir ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatıb. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz şənlikləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Təbii ki, islam dininin də mənəvi dəyərlərimizin inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Xalqımız Ramazan, Qurban bayramlarını da böyük təmtəraqla qeyd edir.

Xalqımızın keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yaranıb. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayıb, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarıb. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirib.

1993-cü ildə xalqın təkidli tələbindən sonra ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər milli-mənəvi dəyərlərimizə yüksək həssaslıqla yanaşaraq bu sahədə misilsiz xidmətlər göstərib. "...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən dahi şəxsiyyət milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb.

Bu gün isə Ulu Öndərin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətlə milli-mənəvi dəyərlərimiz qorunur, dünya miqyasında təbliğ edilir, gələcək nəsillərə çatdırmaq üçün mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı milli-mənəvi dəyərlərimizin, dini irsimizin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə diqqət və qayğı göstərir.

Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamətlərdən biri olaraq qarşıya qoyduğu məsələlərdəndir. Azərbaycan dövlətinin mədəniyyət siyasəti islami dəyərlərə yeni prizmadan baxış kimi meyillərlə ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapmaqdadır.

Dövlət başçısı bu dəyərləri qiymətləndirərkən vurğulayıb ki, azərbaycanlılar öz milli, dini ənənələrinə çox bağlıdır, sadiqdirmilli dəyərlər gələcək inkişaf üçün xüsusi rol oynayır: "Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdirbu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır”.

Onu da əlavə edək ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də həyat tərzidir. Təsadüfi deyil ki, Prezidentin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ilielan edilmişdir. Bu, dünyada ilk dəfə olaraq irəli sürülən bir təşəbbüs idi. Prezident İlham Əliyev bunu belə qiymətləndirmişdi: "2016-cı ilə Multikulturalizm adını verməklə ilk növbədə biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik.

Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də həyat tərzidir, eyni zamanda biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik o cümlədən bu dəyərlərə əsaslanır”.

2017-ci ili isə dövlət başçısı "İslam həmrəyliyi ilielan etdi. Bunun səbəbi də bəllidir. Çünki Azərbaycanda islam həmrəyliyi tam bərqərar olub. Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar və buna görə də ölkəmz bu sahədə islam aləmində çox önəmli rol oynayır.

Bu gün Azərbaycan yeganə dövlətdir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. İslami dəyərlərə hər zaman ehtiram göstərən, müsəlman ölkələrinin əksəriyyəti ilə strateji tərəfdaşlıq əlaqələri quran Azərbaycan eyni zamanda Avropa məkanına inteqrasiya edir və imkanlarından istifadə edib sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Ölkəmizdə dinlərarası dialoqlar, mühüm forumlar təşkil edilir. Bütün bunların isə bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsinbu təhlükəli meyillərin qarşısı alınsın.

Bütün bunlar əlbəttə ki, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə göstərdiyi həssas münasibətin bariz nümunəsidir. Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin müdrik siyasəti, xalqın milli-mənəvi dəyərlərinə, dini irsə ehtiramı sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir və bundan sonra da dəstəklənəcək.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 11 avqust.- S.1; 5.