Baş Nazir Novruz Məmmədov
İranın birinci vitse-prezidenti
Eshaq Cahangiri ilə görüşüb
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkmənistana səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baş Nazir ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Novruz Məmmədov iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm layihələrinin həyata keçirildiyini qeyd edib.
İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, birgə layihələrin reallaşmasının həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.
Tərəflər
Soçidə təşkil olunacaq Azərbaycan-Rusiya-İran
sammiti çərçivəsində
dövlət başçıları səviyyəsində
keçiriləcək görüşün
ölkələrimizin regional əməkdaşlığı
baxımından vacib əhəmiyyət
daşıdığını bildiriblər.
Görüşdə Azərbaycan ilə İran
arasında müxtəlif sahələrdə əməkdaşlığın
perspektivləri müzakirə olunub və
əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.-15 avqust.- S.2.