Naxçıvan Muxtar
Respublikası Ali Məclisində
qəbul
Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov İran İslam Respublikasının
Naxçıvana yeni təyin olunmuş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Ali Məclisin Sədri
muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid
Əhməd Hüseynini
təbrik edib, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasındakı əlaqələrin
nümunə gücündə
olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar
Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin
Sədri ikitərəfli
münasibətlərin qarşılıqlı
hörmət və ehtirama əsaslandığını
vurğulayıb.
Ali Məclisin Sədri təcrübəli
diplomatın muxtar respublikaya baş konsul təyin olunmasını İran İslam Respublikasının
Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin
daha bir ifadəsi kimi dəyərləndirib, Seyid
Əhməd Hüseyniyə
fəaliyyətində uğurlar
arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Seyid Əhməd Hüseyni Qurban bayramı münasibətilə
təbriklərini çatdırıb,
müqəddəs gündə
Naxçıvanda diplomatik
fəaliyyətə başlamağından
məmnunluğunu ifadə
edib. İran İslam Respublikasının
Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin
inkişafına mühüm
əhəmiyyət verdiyini
diqqətə çatdıran
baş konsul mövcud əməkdaşlığın
daha da genişləndirilməsində
səylərin artırılacağını
bildirib və etimadnaməsini Ali Məclisin
Sədrinə təqdim
edib.
Azərbaycan.- 2019.-15 avqust.- S.2.