“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə
254, ¹ 6, maddə 464, ¹ 7, maddə
602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr
877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə
465, ¹ 7, maddə 597, ¹ 12, maddə
1109; 2012, ¹ 11, maddələr 1037, 1044;
2013, ¹ 3, maddə 223, ¹ 5, maddə
485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə
676, ¹ 7, maddə 1289, ¹ 10, maddə
1776, ¹ 12 (I kitab), maddə
2193; 2018, ¹ 5, maddə 865, ¹
12 (I kitab), maddə
2504; 2019, ¹ 2, maddə 205, ¹ 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il
23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 6-1-ci maddədə
"1 mart tarixindən 160 manat”
sözləri "1 oktyabr
tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;
1.2. 29.1-ci maddədə
"və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;
1.3. aşağıdakı
məzmunda 29.1-1-ci maddə
əlavə edilsin:
"29.1-1. Sığortaolunanların
fərdi hesabının
sığorta hissəsində
qeydə alınan pensiya kapitalı ildə bir dəfə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının
qərarına əsasən
indeksləşdirilir.”.
Maddə 2. Bu Qanun
2019-cu il oktyabrın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 iyul 2019-cu il
Azərbaycan.- 2019.-16 avqust.-
S.2.