“Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli
Qanununun tətbiqi və “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
6 mart tarixli 377 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə
1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185, ¹ 12 (I kitab), maddə 2580; 2019, ¹ 2, maddə
231, ¹ 4, maddə 653, ¹ 5, maddə
805) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə
"29.1-ci maddəsində (ikinci halda)” sözlərindən sonra
", 29.1-1-ci maddəsində (ikinci halda)” sözləri əlavə
edilsin;
2.2. 2.6-cı bəndə
"29.1-ci maddəsində (birinci halda)” sözlərindən sonra
"və 29.1-1-ci maddəsində
(birinci halda)” sözləri əlavə
edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
4. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn məsələləri
həll etsin.
5. Bu Fərman
2019-cu il oktyabrın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 avqust 2019-cu il
Azərbaycan.- 2019.-16 avqust.-
S.2.