“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1663-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Körpələrin erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1663-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Körpələrin erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Körpələrin erkən yaşlı uşaqların qidalanması haqqındaAzərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 9-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.3. "Arıçılıq haqqındaAzərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində 18.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.4. həmin Qanunun 6.5-ci maddəsində 18.2-ci maddəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Körpələrin erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-16 avqust.- S.2.