"Bizim həyət" layihəsi uğurla davam edir
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən, təmirsiz
həyətlərin abadlaşdırılmasına
yönəlmiş "Bizim
həyət" layihəsi
uğurla davam edir.
Avqustun 15-də “Bizim həyət” layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyət sakinlərin
istifadəsinə verilib. Yenilənmiş
həyət Binəqədi
rayonu, Naxçıvani
küçəsi 24, 24“a”, 26, 26“a” ünvanlarında 2300 nəfər
sakinin yaşadığı
4 ədəd 9 və
1 ədəd 10 mərtəbəli
binaları əhatə
edir.
“Bizim həyət” layihəsinin
əsas məqsədi
Bakı həyətlərinin
ekoloji cəhətdən
təmiz və abad edilməsi, şəhər ekologiyasının
sütununu təşkil
edən yaşıllıqların
bərpası, sağlam
həyat tərzinin formalaşdırılması, sakinlər
üçün təhlükəsiz
və rahat yaşam şəraitinin yaradılmasıdır.
Layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyətdə də
əlil və sağlamlıq imkanları
məhdud insanların
rahat hərəkəti
nəzərə alınmış,
bütün yaş qrupları üzrə uşaqların inkişafı
üçün əlverişli
şəraitin yaradılması
və gənclərin
asudə vaxtlarının
səmərəli keçirmələri
məqsədilə ərazidə
1 ədəd mini futbol
meydançası, şahmat
meydançası, müxtəlif
idman qurğuları, uşaqlar üçün
oyun meydançası
və 8 ədəd söhbətgah, çoxsaylı
oturacaqlar, tullantılar
üçün qutular
quraşdırılıb.
Sakinlərin istək
və maraqları nəzərə alınaraq,
yeni işıqlandırma
dirəkləri quraşdırılmış,
binaların fasadları,
dam örtükləri və
giriş hissələri
tam təmir olunaraq onların istifadəsinə
verilib. Həyətin ərazisindəki mövcud
yaşıllıqların bərpası
ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 2500 kv.m ərazidə yaşıllıq zolağı
salınıb.
Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş
həyət layihə
çərçivəsində abadlaşdırılan iyirmi
doqquzuncu həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında
həyata keçirilməsi
nəzərdə tutulur. Bununla əlaqədar,
paytaxtımızın abadlaşdırılmaya
ehtiyacı olan həyətləri haqqında
məlumat və tövsiyələrin IDEA İctimai
Birliyinə təqdim edilməsi xahiş olunur.
Y.Musayeva
Azərbaycan.-
2019.-16 avqust.- S.7.