Əfqanıstan İslam
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Məhəmməd Əşrəf
Qaniyə
Hörmətli cənab
Prezident,
Əfqanıstanın milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Əfqanıstan xalqına
sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 avqust 2019-cu il.
Azərbaycan.- 2019.-18 avqust.- S.1.