İqtisadiyyata 263 milyard dollar investisiya yatırılmışdır

 

İlham Əliyevin yeni inkişaf strategiyası ilə Azərbaycan həm iqtisadi sahədə dünya miqyasında uğurla inkişaf edən ölkə, həm də əlverişli biznes məkanı kimi tanınır

 

Son illər ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

Dövlət özəl sektorun inkişafına, yerlixarici adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri görür.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə vurğulamışdır ki, iqtisadi göstəricilər Azərbaycanın uğurla inkişaf etdiyini bir daha təsdiqləyir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır”.

İqtisadi göstəricilərə nəzər yetirdikdə deyə bilərik ki, həqiqətən Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerlixarici sahibkarlara eyni şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhz bu tədbirlərin nəticəsidir ki, təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb. Bu məbləğin 8,2 milyard dolları xarici investisiyadır. Bu ilin 6 ayında isə iqtisadiyyata 6 milyard dollardan çox investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 49 milyard dollara yüksəlib. Ötən il bu rəqəm 45 milyard dollar idi və 6 ayda bu məbləğin 4 milyard dollar artması rekord göstəricidir.

İldən-ilə valyuta ehtiyatlarını artıran Azərbaycan bununla paralel olaraq xarici dövlət borcunu da kifayət qədər aşağı salıb. Bir il ərzində xarici borc 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Dövlət başçısı isə bunun dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunduğunu vurğulayıb: "Bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız varbiz bu imkanlardan istifadə etməliyik”.

Bu gün Azərbaycanda həyata keçirilən strateji islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Son illərdə institusional, insan kapitalı və sosial rifah, biznes mühiti, infrastruktur, kapital əlyetərliyi və ərtaf mühitin mühafizəsinə yönəlmiş sistemlikompleks islahatlar daha intensiv olaraq həyata keçirilir. Biznesinvestisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər reallaşır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Bununla yanaşı, lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçikorta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb. Bu il sahibkarlara güzəştli şərtlərlə dövlət tərəfindən 50 milyon manat kredit verilib. İlin sonunadək daha 120 milyon manat kreditin verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumundakı çıxışı zamanı dünyanın aparıcı, böyük şirkətlərini işbirliyinə dəvət edərək bildirmişdi ki, Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Ölkəmizdə infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: "Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son "Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.

Həqiqətən beynəlxalq təşkilatların hesabatlarına nəzər yetirdikdə deyilənlərin bir daha şahidi oluruq. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli imkanların təmin edilməsi, eləcə digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.

Təkcə bir fakta nəzər yetirək. Hazırda Azərbaycanda fəaliyyət göstərən 5 sənaye parkında investorlar, yəni rezidentlər üçün vergi gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların qurğuların idxalı zamanı ƏDV-dən gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərinin investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.

Avropa İttifaqının ötən ildəki sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmısualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi sosial sabitliyi yüksək qiymətləndiriblər. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapısiyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davamlılığı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı bütün lazımi tədbirlərin görülməsini davam etdirir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 18 avqust.- S.1-2.