Mədəniyyət sərhəd
tanımır
"Mərhəmət”
Kimsəsizlərə Yardım
İctimai Birliyi Mədəniyyət Nazirliyinin
dəstəyi ilə
"Mədəniyyət məhdudiyyət
tanımır” adlı
layihə həyata keçirir. Layihə çərçivəsində
Şəkidə sağlamlıq
məhdudiyyətli yeniyetmə
və gənclərin
könüllülük mədəniyyətinin
formalaşdırılması məqsədilə tarixi-mədəni
abidələrə ekskursiya
həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə Oğuz,
Qax, Şəki, Balakən rayonlarının
tarixi məkanları,
tarixi abidələri barədə ətraflı
məlumat verilir.
Layihə çərçivəsində 50 nəfər sağlamlıq
imkanları məhdud uşaq və yeniyetmənin bölgələrə
səfərləri təşkil
olunacaq. Nəticədə sağlamlıq imkanları
məhdud uşaqlarda ünsiyyət, öz tarixinə, mədəniyyətinə
hörmət hissi formalaşdırılacaq və
onların cəmiyyətə
inteqrasiyasına əlavə
zəmin yaradılacaq.
Səfər çərçivəsində
layihə iştirakçılarına
sözügedən rayonlarda
olan mədəni-tarixi
abidələrlə yanaşı,
rayonların milli adət-ənənəsi ilə
bağlı təbliğat
işi də aparılacaq.
Azərbaycan.- 2019.- 18 avqust.- S.3.