Diyarşünaslıq sərgisi açılıb
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində daimi nümayiş olunacaq diyarşünaslıq sərgisi yaradılıb. Sərgiyə 42 klub filialı fəaliyyət göstərdikləri kəndlərə məxsus qədim məişət əşyaları çıxarıb.
Sərgidə 300-ə yaxın eksponat yer alıb. Ən qədim
eksponatın 250, ən
yenisinin isə 70 yaşı var.
Mərkəzin direktoru Hafiz Mirzə sərginin açılışında,
eksponatların toplanmasında
xüsusi fəallıq
göstərmiş klub
işçiləri haqqında
məlumat verib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin
rəisi Vüsal Nəsirli sərgini mədəni irsin qorunması sahəsində
çox mühüm addım adlandırıb, onun gələcəkdə
yeni eksponatlarla zənginləşdiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan.- 2019.- 18 avqust.- S.3.