“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Sığorta fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab), maddə 2221; 2018, ¹ 7 (I kitab), maddə 1392; 2019, ¹ 1, maddələr 19, 33, 50, ¹ 5, maddələr 793, 815; Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1596-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci 1.1.3-1-ci maddələr əlavə edilsin:

"1.1.2-1. müştərək sığorta - müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2-2. müştərək sığorta fondu - fiziki hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;

"1.1.3-1. müştərək sığortaçı - müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.-21 avqust.- S.1.